DÇ-2026-nın favoriti sayılan İspaniya millisi Kabo-Verde komandası ilə bacarmayıb
Kabo-Verdenin 40 rolkiperi Bozinya matçın ən yaxşısı seçilib
İyunun 11-də 48 komandanın iştirakı ilə ABŞ, Meksika və Kanadada startı verilən futbol üzrə 23-cü dünya çempionatı davam edir. İyunun 15-də mundialda daha 4 oyun ("H" və "G" qrupunda) keçirilib. Günün ən maraqlı və diqqət çəkən matçı Atlantadakı (ABŞ) "Mersedes -Bents Sradium" arenada baş tutub. Həmin oyunda mundialın favoriti sayılan və "H" qrupunda yer alan İspaniya millisi Kabo-Verde ilə qarşılaşıb. Rəqibin qapısını zərbə atəşinə (25 zərbə) tutmasına baxmayaraq "qırmızı foralar" istəklərinə nail ola bilməyiblər. Oyun qolsuz bərabərliklə bitib - 0:0. Bu matçın ən yaxşı oyunçusu isə Kabo-Verdenin 40 yaşlı rolkiperi Vozinya seçilib. O, 7 dəfə baxımlı seyvi ilə diqqət çəkib.
"H" qrupunda bas tutan digər oyunda isə Səudiyyə Ərəbistanı ilə Uruqvay millisi hərəyə bir qolla yadda qalıb - 1:1.
Günün "G" qrupunda bas tutan oyunlarına gəlincə, Belçika Misirlə (1:1), İran isə Yeni Zelandiya (2:2) ilə heç-heçəyə razılaşıb.
Bu gün isə "İ" qrupunda yer alan Fransa millisi Seneqalla qarşılaşacaq.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.