Avropa çempionatına qatılan atletlerimizin hamısı Vətənə qızılla dönüb
Triomuzdan Orxan Fərzəliyevsə AÇ-da 1 qızıl, 1 gümüş qazanıb
İrlandiyanın Limerick şəhərində pauerliftinqin AWPC/WPC versiyası üzrə keçirilən və Azərbaycanın 3 təmsilçisinin qatıldığı Avropa çempionatı başa çatıb. Sözügedən yarışda ölkəmizi Elmir Tarverdiyev (67.5 kq), Orxan Fərzəliyev (90 kq) və Zaur Cəfərov (125 kq) triosu təmsil edib. Maraqlıdır ki, hər üç təmsilçimiz çempionatda uqurla çıxış edərək, hərəyə bir qızıl medal qazanıb. Çempionlarımız arasında ən diqqətçəkən məqam isə Orxan Fərzəliyevin iki medal qazanması olub. Əvvəlcə yerdən qaldırma hərəkətində (deadlift) 250 kq nəticə ilə birinci yeri tutaraq qızıl medal əldə edən Orxan, ardından üç hərəkətin cəmində 615 kq ağırlığı ram etməklə ikinci yeri tutub və gümüş medala layiq görülüb. Yeri gəlmişkən, qızıl medal qazanan Orxan Fərzəliyev bu dəfəki qızıl medalla üçqat Avropa çempionu olub.
Digər çempionlarimiza gəlincə, Elmir Tarverdiyev yerdən qaldırma hərəkətində 242.5 kq nəticə ilə, Zaur Cəfərov isə sinədən sıxma hərəkətində 320 kq göstərici ilə qızıl medala layiq görülüb.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.