2026-cı il Dünya Kuboku təşkilatçıları iranlı azarkeşlər üçün kvotaları ləğv ediblər
2026-cı il FIFA Dünya Kubokunun təşkilatçıları turnirin başlamasından iki gün əvvəl İranın azarkeşlər üçün bilet kvotasını ləğv ediblər.
İran Futbol Federasiyası bunu Reuters agentliyinin dərc etdiyi açıqlamadan sonra açıqlayıb.
Bəyanatda deyilir: "Bu, bir çox iranlı futbol azarkeşinin rəsmi olaraq elan edilmiş prosedura əsaslanaraq oyunlara qatılmaq üçün lazımi planlar qurmasına baxmayaraq baş verib".
Qrup mərhələsində İran Yeni Zelandiya və Belçika ilə Kaliforniyanın İnqlvud şəhərində, daha sonra isə Sietldə Misirlə qarşılaşacaq.
Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək. Argentina 2022-ci il finalında Fransanı məğlub edərək hazırkı dünya çempionudur.
Qarşıdan gələn Dünya Kuboku 48 komandanın iştirak edəcəyi ilk turnir olacaq. Bəzi media orqanları İranın ABŞ və İsrail ilə münaqişələr səbəbindən turnirdən çıxmasından sonra Rusiyanın Dünya Kubokuna vəsiqə qazana biləcəyini ehtimal edirdi. Lakin İran millisi daha sonra oyunlarını ABŞ-dan Meksikaya keçirmək barədə FIFA ilə danışıqlara başladı. Razılıq əldə olunmasa da, İran komandası Meksikada yerləşəcək.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.