Parataekvondoçularımız Almaniyada 3 medal qazanıblar
Almaniyanın Nurnberq şəhərində parataekvondo üzrə keçirilən Prezident Kuboku -2026 Azərbaycan təmsilçiləri üçün uğurlu olub. Belə ki, sözügedən turnirdə iştirak edən Azərbaycan yığması biri qızıl, ikisi bürünc əyarlı olmaqla, 3 medal qazanıb.
Qızıl medal bütün döyüşlərini qələbə ilə başa vuran Sabir Zeynalovun (58 kq), bürünclər isə çıxışını üçüncü yerdə bitirən Amin Əliyevlə (63 kq) İmaməddin Xəlilovun (70 kq) aktivinə yazılıb. Yeri gəlmişkən, turnir 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırıb.
Xatırladaq ki, 3 gün öncə isə İtaliyanın paytaxtı Romada keçirilən Qran-pridə Sabir yenə də birinci, İmaməddin isə üçüncü olub.
İNTİQAM Məmmədov



.jpg)
.jpg)
.jpg)









03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.