Azərbaycan cüdoçuları Avropa Açıq Turnirində mübarizə aparacaqlar
Qadın cüdoçulardan ibarət Azərbaycan milli komandası Tallində keçiriləcək Böyüklər üçün Avropa Açıq Turnirində mübarizə aparacaq.
Yarış 6-7 iyun tarixlərində Estoniyanın paytaxtında keçiriləcək.
Turnirdə Azərbaycanı yeddi çəki dərəcəsində 10 cüdoçu təmsil edəcək.
Komandaya baş məşqçi Əminə Əbdülətif və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.
Avropa Cüdo İttifaqının himayəsi altında keçiriləcək turnirdə 35 ölkədən 261 idmançı iştirak edəcək.
Hakimlər arasında Azərbaycan Cüdo Federasiyasının nümayəndələri - "A" kateqoriyalı hakimlər Arzu Acalova və Rəşad Əliyev də olacaq.
Azərbaycan milli komandasının tərkibi:
48 kq: Şəfəq Həmidova, Diana Tçkayeva
52 kq: Gültac Məmmədəliyeva
57 kq: Ülviyyə Bayramova, Gülnarə Bayramova
63 kq: Fidan Əlizadə
70 kq: Aytac Qardaşxanlı, Südabə Ağayeva
78 kq: Nərmin Əmirli
+78 kq: Mədinə Kaisinova










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.