Özbəkistan millisinin müdafiəçisi Asiyanın ən bahalı oyunçusu olub
"Mançester Siti" və Özbəkistan millisinin müdafiəçisi Abdukodir Xusanov İngiltərə Premyer Liqasında transfer dəyərində ən böyük artım göstərən ilk on oyunçu arasında yer alıb.
21 yaşlı futbolçunun dəyəri 35 milyon avrodan 50 milyon avroya yüksəlib. Bu, özbək müdafiəçinin qiymətində 15 milyon avro artım deməkdir.
Xusanov, "Bornmut"dan Elye Vahi Krupi, "Mançester Siti" və "Mançester Yunayted"dən Rayan Çerki, Ceyms O'Reyli və Kobbi Mainu ilə birlikdə Premyer Liqanın transfer dəyərində ən yüksək artım göstərən oyunçuları arasındadır.
Qiymət yeniləməsindən sonra Xusanov Asiyanın ən bahalı oyunçusu, eləcə də keçmiş Sovet İttifaqı ölkəsindən İngiltərə Premyer Liqasının ən bahalı oyunçusu oldu.
"Mançester Siti"nin hücumçusu Erlinq Haland 200 milyon avro dəyərində İngiltərə Premyer Liqasının ən bahalı oyunçusu olaraq qalır.
Xusanov hazırda Dünya Kubokuna hazırlıq məqsədilə Özbəkistan milli komandasındadır. Qrup mərhələsində Özbəkistan komandası Portuqaliya, Konqo Demokratik Respublikası və Kolumbiya ilə qarşılaşacaq.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.