Millimiz Çexiyanı üstələyərək AÇ-nin yarımfinalına yüksəlib
Slovakiyanın paytaxtı Bratislavada mini-futbol üzrə keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Avropa çempionatı davam edir. Dünən çempionatda 1/4 final mərhələnin oyunları keçirilib və bununla da yarımfinalçılar müəyyənləşib. Baş məşqçisi Elşad Quliyev olan və son dünya çempionatının (DÇ-2025) qalibi adını daşıyan millimiz gecə saatlarında Çexiya yığması ilə qarşılaşıb. Görüş millimizin 5:2 (3:0) hesablı qələbəsi ilə başa çatıb və komandamız bu qələbədən sonra yarımfinala yüksəlib.
Oyunun gedişatına gəlincə, hesabı 4-cu dəqiqədə Eşqin Tağıyev açıb - 1:0. Matçın 17-ci dəqiqəsində Təmkin Xəlilzadə hesabı 2:0-a çatdırıb. İlk yarının əlavə edilən vaxtında (25+2) isə Taqiyev dubl edərək özünün ikinci, komandasının üçüncü qolunu vurub - 3:0.
Fasilədən dönəndən sonra (26-ci dəqiqə) Ramiz Çovdarov rəqibin qapısına 4-cu qolu vurub - 4:0. Daha sonra rəqib bu qollardan ikisinin əvəzini çıxa bilib - 4:2. Matcda son nöqtəni isə 36-ci dəqiqədə Mahmud Xəlilov qoyub - 5:2.
Millimiz bu gün saat 22:45-də Serbiyaya qarşı yarımfinal matçına çıxacaq. Yeri gəlmişkən, Serbiya 1/4 finalda Rumıniya millisini üstələyib - 6:4.
Digər yarımfinalda isə Ukrayna - Macarıstan cütü qarşılaşacaq.
Millimiz bu mərhələyə qədər yer aldığı qrupda ("F") Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2), 1/8 finalda isə Qazaxıstanı (3:2) məğlub edib.
Bir məqamı da xatırladaq ki, millimiz 2022-ci ildə məhz Slovakiyada (AÇ-2022) Avropa çempionu adını qazanıb.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.