Əvvəlcə yeniyetmələr, sonra böyüklər qum üzərinə çıxacaqlar
Mayın 27-də Xorvatiyanın Porec şəhərində 17 yaşlılar (U-17) arasında çimərlik güləşi üzrə Avropa çempionatı keçiriləcək. Birgünlük yarışda Azərbaycan komandası da iştirak edəcək.
AGF-dən verilən məlumata görə ölkəmiz bu yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 7 güləşçi ilə təmsil olunacaq. Bu yeddilikdə isə Əlirza Heybətli, Elcan Həsənov (hər ikisi 60 kq), Rəşad Əliyev (70 kq), Elvin Hacıəliyev, Ruslan Vəliyev (hər ikisi 80 kq), Möhlət Qasımov və Tural Eynullayev (hər ikisi 90 kq) yer alıb.
30-31 may günlərində isə həmin məkanda böyüklər arasında Dünya Seriyasının ikinci mərhələsi keçiriləcək. Bu yarışda isə ölkəmizi baş məşqçi Oyan Nəzəriani və məşqçi İbrahim Yaqubovun rəhbərliyi Rübail İbrahimli (70 kq), Sahib Dadaşov (80 kq), Vüsal Əliyev (80 kq), Əşrəf Aşirov (90 kq) və İslam İlyasov (+90 kq) təmsil edəcək.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.