15 yaşlı Ülviyyə Musayeva Avropa çempionu olub
Bolqarıstanın Samokov şəhərində 15 yaşlı (U-15) yeniyetmələr arasında idman güləşi üzrə keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı Avropa birinciliyi davam edir. Birinciliyin üçüncü günü yiqmamizin aktivinə biri qızıl, digəri bürünc əyarlı olmaqla, daha iki medal yazılıb. Qızıl medal bütün görüşlərini qələbə ilə başa vuran Ülviyyə Musayevanın (33 kq), bürünc isə çıxışını üçüncü yerdə bitirən Mədinə Kərimovanın (46 kq) payına düşüb. Qeyd edək ki, həlledici finalda türkiyəli Yaqmur Minaza tam üstünlüklə (11:0) qalib gələn Ülviyyə qadın güləşi üzrə 15 yaşlılar arasında ilk Avropa çempionu kimi tarix yazıb. Mədinə isə bürünc medal uğrunda mübarizədə əvvəlcə rusiyalı Şenka Malqınovaya 5:2 hesabla, həlledici görüşdə isə türkiyəli Karın Güleri "tuş"la məğlub edib.
Yeri gəlmişkən, birinciliyin üçüncü günü qadın güləşində 5, sərbəst güləş yarışlarında isə 2 təmsilçimiz mübarizəyə qatılıb. Qızlardan Gülay Xasməmmədova (36 kq), sərbəst güləşçilərdənsə Elvin Nəcəfzadə (85 kq) inamla güləşərək finala yüksəlib.
Mayın 23-də baş tutacaq finalda hər iki idmançımız Rusiya təmsilçisi ilə üzləşəcək. Gülay Yelizaveta Kirilovani, Elvinsə İbraqim Maqomedovu məqlub etməyə çalışacaq.
Xatırladaq ki, birinciliyin ikinci günü yunan-Romacilarimiz iki qızıl medal qazanıblar.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.