Şahmat yığmamız Astanada 3 medal qazanıblar
Qazaxıstanın Astana şəhərində türkdilli dövlətlərin şahmat çempionatı keçirilib. Çempionatda Azərbaycan da daxil olmaqla 7 qadın, 7 kişi və eyni sayda U-16 komandası mübarizə aparıb. Azərbaycan komandaları birlikdə 2-si qızıl, 1-i bürünc əyarlı olmaqla 3 medal qazanıb. Qızıl medallar qadınlardan ibarət və U-16 millimizin aktivinə yazılıb. Bürünc medalı isə kişi yiqmamiz qazanıb.
AŞF-dən verilən məlumata görə, heyəti Avropa çempionu Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Günay Məmmədzadə, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət olan və yarışa İlahə Qədimovanın (kapitan) rəhbərliyi altında qatılan qadın millimiz 6 oyundan 10 xal toplayaraq birinci yeri tutub. Bu yarışda Qazaxıstan ikinci, Özbəkistan üçüncü olub.
Daha bir qızıl medalı qazanan U-16 millimiz də 6 oyundan 10 xal toplayıb. Fərid Abbasovun rəhbərliyi altında yarışa qatılan U-16 millimizin heyətində Xaqan Əhməd, Şəmsi Qaraxanov, Paşam Əlizadə və Lalə Hüseynova yer alıb. Yiqmamizin ən yaxın izləyiciləri Qazaxıstanın birinci və ikinci komandası olub.
Heyəti Əhməd Əhmədzadə, Misrətdin İsgəndərov, Xəzər Babazadə, Şiroqlan Talıbov və Murad İbrahimlidən ibarət olan kişi millimiz isə 6 oyundan cəmi 7 xal toplaya bilib. Bu isə komandamıza yarışda yalnız üçüncü olmaq imkanı verib.
İNTİQAM Məmmədov










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.