Kişi voleybol millimiz TMT-yə start verib
Kişi voleybol millimizdə yeni baş məşqçi
Azərbaycanın kişi voleybolçulardan ibarət yığma komandası mayın 5-də Avropa Liqasının hazırlığına start verib. AVF-dən verilən məlumata görə, yeni baş məşqçi Boris Qrebennikovun rəhbərliyi altında keçirilən təlim-məşq toplanışına (TMT) 17 voleybolçu cəlb edilib. Kişi voleybol millimiz də TMT-ni həm Bakıda, həm də ölkə xaricində davam edəcək. TMT ərəfəsində voleybolçularımız bir sıra yoxlama görüşlərində özlərini sınayacaqlar.
Xatırladaq ki, üç mərhələdən ibarət olan Avropa Liqasının birinci mərhələsi 5-7 iyun aralığında İsveçdə təşkil ediləcək.
Qeyd: Azərbaycan voleybol həvəskarlarina tanış olan 67 yaşlı Boris Qrebennikov məşqçilik karyerasında həm klub, həm də yiqma səviyyəsində bir sıra uğurlara imza atıb. Fransa, Rusiya, Tunis, Səudiyyə Ərəbistanı və Qazaxıstanda çalışan Qrebennikov 2023/24, 2024/25 və 2025/26-ci illər mövsümündə "AZERRAİL" klubuna başçılıq edib. O, 2023/24 və 2024/25-ci illərdə kluba Azərbaycan çempionluğunu, 2024-cu ildə isə Ölkə Kubokunu qazandırıb.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.