Cüdoçuların "Böyük Dəbilqə"si başlayır
Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdoçuların reytinq xarakterli "Böyük Dəbilqə" turnirinə start veriləcək.
ACF-dən verilən məlumata görə, üç gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla, 34 ölkədən 240 tatami ustası medallar uğrunda yarışacaq. Ölkəmiz turnirə 4 çəkidə 6 cüdoçu ilə qatılıb. Bu 6-liqda Murad Muradlı (60 kq), İslam Rəhimov, Nizamı İmranov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyeva (73 kq), Uşanqi Kokuari və Camal Qamzatxanov (hər ikisi +100 kq,) yer alıb. Turnirin ilk günü çəkisi 60 və 66 kq olan cüdoçular tatamiyə çıxacaqlar. Turnirin təsnifat görüşləri saat 11:00-da, final bloklari isə saat 16:00-da başlanacaq. Görüşlər "Judo TV" və "CBC Spirt"da canlı yayımlanacaq.
Reqlamentə görə, hər çəkidə ilk üç yeri tutan idmançılar müvafiq olaraq, 1000, 700 və 500 reytinq xalı qazanmış olacaqlar.
Yeri gəlmişkən, 2-3 May günlərində isə Gürcüstanın paytaxtı Tbilisidə, yeniyetmə və gənclər arasında Avropa Kuboku keçiriləcək. Yeniyetmələrin yarışında ölkəmizi 8 çəkidə 15, gənclər arasında isə 12 çəkidə 44 (32 oqlan və 12 qız) cüdoçu təmsil edəcək.
İNTİQAM Məmmədov











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.