29 yanvar 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Aİ Ermənistana 20 milyon avro ayırıb

Aİ Ermənistana 20 milyon avro ayırıb

Macarıstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb

Macarıstan səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb

On dörd Avropa ölkəsi Putinin kölgə donanmasına qarşı mübarizə aparmaq üçün müqavilə imzaladı

On dörd Avropa ölkəsi Putinin kölgə donanmasına qarşı mübarizə aparmaq üçün müqavilə imzaladı

Serbiya prezidenti Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq üçün plan açıqlayıb

Serbiya prezidenti Ukrayna ilə Rusiya arasındakı müharibəyə son qoymaq üçün plan açıqlayıb

Milli birlik və vətənpərvərliyin simvolu: 20 YANVAR FACİƏSİ

Milli birlik və vətənpərvərliyin simvolu: 20 YANVAR FACİƏSİ

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Yeniyetmə İŞİD-ə sədaqət andı içdiyinə görə həbs edildi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

Azərbaycan bir qrup məhkumu Ermənistana təhvil verdi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

İrakli Qaribaşviliyə 5 il həbs cəzası verildi

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Bəybala Mirzəyev: Qlobal quldurlar…

2 il əvvəl 697 01

Bəybala Mirzəyev:

Qlobal quldurlar…

Və Azərbaycanın missiyası…

Başqa xalqlar üçün deyə bilmərəm, məhz bizim xalqımız üçün və bütövlükdə Türk dünyası üçün bu il həqiqətən də unikal il oldu. Biz bəlkə də dünyada yeganə xalqıq ki, tam əminliklə deyə bilərik ki, 2023-cü il Azərbaycan ili oldu. Çünki bu il Xankəndidə bayrağımızı sancdıq, hərbi paradımızı keçirdik, futbol yarışı təşkil etdik. Və beləliklə, həm suverenliyimizi bərpa etdik, həm də dünyaya car çəkdik ki, biz sülhdən yanayıq, qonşu ermənilər kimi vandal deyilik.

Son illərdə postsovet məkanında və dünyada hələlik yeganə xalqıq ki, ərazi bütövlüyümüz tam bərpa etməyə nail olmuşuq. Bu mənada başqa xalqlardan heç biri 2023-cü ili bizim qədər və bizim kimi öz ili hesab edə bilməz. Məsələn, ukraynalılar bu il işğalçı ölkəyə - Rusiyaya qalib gəlmək, rus ordusunu əzib öz torpaqlarını işğaldan azad etmək istəsələr də, lakin bunu bacarmadılar. Ona görə də bu il Ukrayna ili ola bilmədi.

Qərb analitikləri isə 2023-cü ili “geosiyasi oyanış ili” kimi dəyərləndirirlər. Bəli, indi bütün dünya ölkələri böyük bir oyanış sürəcinə daxil olub. Hamı oyanır, hər bir ölkə nəyəsə, hansısa hədəfə can atır. Və bu proses Azərbaycanın 2020-ci ilin payızında 44 günlük qalibiyyət savaşı ilə başlayıb. Qığılcım Azərbaycandan dünyaya yansıyıb. Azərbaycan bölgədə və dünyada müsbət dəyişikliklərin başlanması üçün sözün yaxşı mənasında katalizator rolunu oynayıb.

Məhz Azərbaycanın qələbəsi ilə nəinki Cənubi Qafqazda, həmçinin bütün dünyada geosiyasi reallıqlar dəyişməyə başlayıb. Azərbaycanın qələbəsi bir çox məzlum xalqlar, diskriminasiyaya və ədalətsizliyə məruz qalan ölkələr üçün müsbət motivasiya, örnək rolunu oynayıb. Onlar da öz ərazi bütövlüklərini bərpa etməyə və ya müstəqil siyasət yürütməyə həvəsləniblər. İndi bizim uğurumuzu təkrarlamaq istəyən xalqların sırası gün-gündən artır. Bu sıraya isə ukraynalılar və fələstinlilər başçılıq edir.

Odur ki, 2023-cü il dünya üçün böyük dəyişikliklərin başlanğıc ilidir. Biz ölkə və xalq olaraq 2024-cü ili bütün dünya üçün, bəşəriyyət üçün Yaşıl dünya naminə qlobal Həmrəylik İlinə çevirməyi planlaşdırırıq. Lakin dünyanın şeytani güclərinin planları isə tam fərqlidir. Və onların ucbatından dünya 2024-cü ildə, 2025-ci ildə yeni çağırışlarla üz-üzə qalacaq. Yeni münaqişələrə, müharibələrə şahidlik edəcəyik. İsrailin 2023-də Qəzzada başlatdığı qətliam 2024-də də davam edəcək.

Dünyada ideoloji qarşıdurmalar daha da güclənəcək. ABŞ-da və Avropada solçu və sağçı hərəkatlar yenidən fəallaşacaq. Xüsusən də Avropada faşizm, nasizm, irqçilik geniş yayılacaq. Qoca Avropa neofaşizm kabusuna təslim olacaq. İfrat sağçılar islamofob və türkəfob çağırışlarla çıxış edərək seçkilərdə qalib gəlməyə və Avropa demokratiyasının qəbrini qazmağa davam edəcəklər. Bu yaxınlarda Niderlandda sağcı lider Geert Wildersin qələbəsi də bu fikrimizi təsdiqləyir.

ABŞ isə iki qocanın – Baydenin və Trampın ideoloji-siyasi savaşının nəticəsində 2024/2025-ci illərdə şəriksiz dünya lideri statusunu biraz da itirəcək. Amerikalılar dəyərlərin mübarizəsi mərhələsindən keçməli olacaqlar. Və əgər Tramp seçkilərdə qalib gələrsə, qara dərili amerikalılar hətta Corc Vaşinqton, Tomas Ceferson, Bencamin Franklin, Avraam Linkoln kimi qurucu banilərin, “millət ataları”nın heykəllərini söküb yerlə bir edəcəklər. Amerikanı yenidən qurmaq istəyən qüvvələr önə çıxacaq.

Dünyanın (dünya nizamının, düzəninin) yenidən qurulmasının istiqaməti də məhz Avropada, ABŞ-da cərəyan edən proseslərin gedişatından asılı olacaq. Ona görə də dünyadakı vəziyyətin necə inkişaf edəcəyi ilə bağlı hələlik heç bir dəqiq proqnoz vermək mümkün deyil. Görünən budur ki, gözümüzün önündə dünyanın yenidən qurulması prosesi gedir. Olduqca təhlükəli, təlatümlü bir dövr başlayır.

Hazırda dünyada geosiyasi parçalanmanın yeni xəttini, təzahürünü müşahidə edirik. Köhnə hegemonla – ABŞ-la (Qərblə) hegemonluğa can atan yeni güc mərkəzləri arasında məsafə getdikcə sürətlə azalır. Dünyanın yenidən qurulması və ya yenidən bölüşdürülməsi prosesi getdikcə daha çox ölkənin, bir çox xalqların geosiyasi oyanışı ilə müşahidə olunacaq. Liberal-totalitar ölkələr (Qərb öllkələri) ilə avtoritar-totalitar ölkələr (Çin, Rusiya, İran, ərəb dünyası və s.) arasında qarşıdurma və rəqabətin yeni mərhələsi başlayacaq. Başqa sözlə desək, yeni “Soyuq müharibə” ilə üzləşəcəyik.

Və bu “müharibə”nin nə vaxt, necə bitəcəyi də bəlli deyil. Çünki dünyadakı prosesləri nəzarətdə saxlaya biləcək, yönləndirə biləcək qüvvə artıq yoxdur. Bəzi analitiklərin və siyasətçilərin qeyd etdikləri kimi BMT artıq faktiki olaraq yoxdur. 1945-ci ildən sonra formalaşmış ənənəvi beynəlxalq siyasi sistem artıq çöküb. Beynəlxalq hüquq da işləmir. Kim güclüdürsə onun da sözü keçir. Lap cəngəlliklərdəki kimi. Bu yaxınlarda ABŞ-ın Qəzza zolağında atəşkəs qətnaməsinə veto qoyması ilə İsrailin qırğınları davam etdirməsinə “yaşıl işıq” yandırmasından sonra BMT-də təcili struktur islahatlarına çağıran Çili prezidenti Qabriel Boriçin dediyi kimi, “BMT-də köklü islahata təcili ehtiyac var. Dünya artıq 1945-ci ildəki kimi deyil”.

Bəli, son 30 ildə (və xüsusən də son 3 ildə) dünya çox dəyişib. Odur ki, dünyada yeni sistem qurulmalı, yeni beynəlxalq hüquq formalaşdırılmalıdır. Bu qaçılmazdır. Lakin bunun nə zaman mümkün olacağı isə təəssüf ki, hələlik bəlli deyil. İndi nə Qərb ölkələrinin vicdanına, nədəki Böyük Şərqin (Çin, Rusiya və s.) ədalətinə güvənmək mümkün deyil. Çünki amerikalı politoloq və sosioloq Semyuel Hantinqtonun peyğəmbərcəsinə proqnozlaşdırdığı kimi hazırda sivilizasiyaların toqquşması prosesi gedir. Bu proses zamanı isə bütün dəyərlər çeynənir, vicdan və ədalət kimi paradiqmalar tamamilə arxa plana keçir.

Düzdür, Qərb ölkələrinin hakimiyyətlərindən, siyasi elitalarından fərqli olaraq onların xalqları hələ də vicdanını itirməyiblər. Bunu o xalqların Qəzzadakı qırğınlara qarşı keçirdikləri qızğın etiraz aksiyaları da deməyə əsas verir. Lakin bütün hallarda o ölkələrin siyasi kursunu xalqlar yox, məhz hakim elitalar, siyasi liderlər müəyyən edir. Odur ki, Emmanuel Makron kimi sarsaq siyasi liderlər iş başında olduğu müddətcə dünyanı işıqlı perspektivlərin gözlədiyini söyləmək qeyri-mümkündür. Bu adamın bərbad siyasəti həm beynəlxalq hüququn deformasiyasına gətirib çıxarır, həm də 5-ci respublikanın – bugünkü Fransanın gün-gündən daha da gözdən düşməsinə, imicinin sarsılmasına səbəb olur.

İş o yerə çatıb ki, hətta Mali, Burkina-Faso, Niger kimi ənənəvi fransapərəst, frankofon ölkələr də artıq metropoliyadan - Fransadan tamamilə üz döndərir, diplomatik münasibətləri dondurur. Bu gün aldığımız xəbərlərdən məlum oldu ki, artıq Burkina-Fasoda fransızcanın rəsmi statusu da ləğv olunub. Bundan sonra həmin ölkədə fransız dili rəsmi dil sayılmır. Bu da son günlərdə Fransaya vurulan növbəti ağır zərbələrdən biri sayıla bilər.

Azərbaycan, Gürcüstan və Şərqi Avropada Fransa xüsusi xidmət orqanlarının geniş agentura şəbəkəsinin Azərbaycanın xüsusi xidmət orqanları tərəfindən ifşa olunması isə Makronun ümumiyyətlə pis “ssenarist” və zəif “prodüser” olduğunu ortaya çıxardı. Məlum oldu ki, o, nəinki böyük siyasətin qrossmeyestri, hətta hakimi, arbitri də deyil. Bu cür psevdo-siyasətçilər, narssisizmdən əziyyət çəkən “balaca napoleonlar” öz yersiz ambisiyaları ilə dünyada xaos və yeni münaqişə ocaqları yaratmaqla, universal dəyərləri dəyərsizləşdirməklə məşğul olurlar. Daha doğrusu, qlobal quldurluqla məşğul olurlar. Bu quldurlar müxtəlif ibarəbazlıqlar altında neoimperializm və yeni müstəmləkəçiliyi davam etdirməyə çalışırlar.

Lakin dünya xalqları qlobal quldurları, BMT Təhlükəsizlik Şurasının (TŞ) “daimi üzv”ləri çətiri altında dünyanı qana sürükləyən yırtıcıları dayandırmağın və cilovlamağın hansısa bir yolunu tapmalıdırlar. “Dünya beşdən böyükdür” həqiqətini sözdən əməli prosesə çevirməyin əsl vaxtıdır. BMT TŞ-nin beş daimi üzvü bir gün gözlərini açıb qarşılarında bütün dünyanı, birləşmiş dünya gücünü görməlidir. Və bu prosesdə Azərbaycanın da üzərinə böyük missiya düşür. Bəli, Fransa kimi qlobal quldurları dayandıran və zərərsizləşdirən ölkələrdən biri də məhz Azərbaycan ola bilər.

Hələlik isə Azərbaycan 2024-cü ildə üç mühüm strateji missiyanın uğurla icra olunmasına hədəflənib:

-2024-cü ili Yaşıl dünya naminə həmrəylik ili kimi uğurla başa vurmaq,

-COP29-a uğurla ev sahibliyi etmək,

-Rəsulzadənin 140 illiyini layiqli və uğurlu şəkildə qeyd etmək.

Bu üç missiyanın üçü də Azərbaycan üçün yeni imkanlar, yeni üfüqlər açacaq.

Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında 2023-cü ilin lap sonunda Sərəncam imzalaması həqiqətən də həm Dünya Azərbaycanlılarının Həmrəylik Gününə mühüm töhfə oldu, həm də Cümhuriyyət irsinə münasibətin müsbətə doğru dəyişəcəyinin müjdəsi kimi diqqəti cəlb etdi. Bu, dəyərlərimizə hörmətin işarəsidir, tariximizə sahiblənməyin ismarıcıdır.

Bəli, bundan sonra Azərbaycanda yeni dəyərlərin üstünlük təşkil edəcəyinə inamımız böyükdür. Və bu, Azərbaycanı daha da gücləndirəcək. Ölkədəki problemləri də əl-ələ verib çözəcəyik. Milli birlik zəminində gücümüz artacaq. Beləliklə, 2023-cü il kimi, 2024-cü il də Azərbaycan ili olacaq!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Qulu Məhərrəmli: XAMNEYİ TRAMPLA NƏYİ DANIŞMAQ İSTƏYİR?

Qulu Məhərrəmli: XAMNEYİ TRAMPLA NƏYİ DANIŞMAQ İSTƏYİR?

John Doe 2 həftə əvvəl

Asif Rüstəmli: 2025-ci İLDƏ

Asif Rüstəmli: 2025-ci İLDƏ

John Doe 3 həftə əvvəl

Faiq İsmayılov: "Üç körpə monastrı" adı Ermənistanın elmi ədəbiyyatında sübutu olmayan əsassız iddiadır

Faiq İsmayılov: "Üç körpə monastrı" adı Ermənistanın elmi ədəbiyyatında sübutu olmayan əsassız iddiadır

John Doe 4 həftə əvvəl

Tariyel Azərtürk: Sənətkar alimin hər bir kitabı dövlətin ali mükafatlarına layiq əsərlərdir

Tariyel Azərtürk: Sənətkar alimin hər bir kitabı dövlətin ali mükafatlarına layiq əsərlərdir

John Doe 1 ay əvvəl

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

John Doe 1 ay əvvəl

Natiq Cəfərli: İqtisadiyyatla məşğul olan hüquqşünas nazirlərə cavab

Natiq Cəfərli: İqtisadiyyatla məşğul olan hüquqşünas nazirlərə cavab

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34

İlham Əliyev Davosda “Euronews” televizi...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
• Bu gün Heydər Əliyev Anım Günüdür}

Bu gün Heydər Əliyev Anım Günüdür

12 dekabr 2025 12:22:31
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com