25 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İran prezidenti qonşu ölkələrə müraciət edib

İran prezidenti qonşu ölkələrə müraciət edib

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Erməni faşizminin qurbanı: XOCALI

Erməni faşizminin qurbanı: XOCALI

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Firuz Mustafa: “Ziddiyyətin” genezisi

1 il əvvəl 253 01

Firuz Mustafa:

“Ziddiyyətin” genezisi

TÜRKLƏR VƏ FRANSIZLAR

Volter öz dramında Peyğəmbəri təhqir etmişdi

İkinci Sultan Əbdülhəmid Volterin Osmanlı ərazisində yayımına niyə qadağa qoymuşdu?

Höte və Motsart Volteri niyə tənqid edirdi?

Əminik ki, gələcəkdə də hər iki xalq bəzi mənfi təzahürləri bilmərrə unudub, tarixən mövcud olmuş müsbət ənənələri qoruyub saxlayacaq.

İndiki halda, söhbəti davam etdirmək olar.

Türklərlə fransızların “mehriban düşmənçiliyinin” və “düşmən mehribanlığının” tarixi qədimlərə gedib çatır. Amma mən bu müxtəsər yazıda tarixi “eşələmək” istəməzdim. Bir-iki faktı deməklə kifayətlənmək niyyətindəyəm. Bəribaşdan orasını da deyim ki, iki qüdrətli dövləti birləşdirən nəsnələr “ayırma” cəhdlərindən daha çoxdur...

Hələ orta əsrlərdən Avropanın bir çox elm və sənət adamları türklərə və İslama qarşı sanki səlib yürüşü elan etmişdilər. Xüsusilə Fransada kilsə bu sahədə mühüm təbliğat işləri aparırdı. Düzdür, həmin dövrdə Osmanlı dövləti ilə Fransa arasında daim iqtisadi-ticari-mədəni əlaqələr normal olmuşdu. Türk iş adamları Fransaya yatırımlar qoyurdu.

Amma və lakin...

İki dövlət və iki millət arasında ziddiyyətlərin yaranmasında hələ 16-cı əsrdə kilsə əsaslı rol oynamışdır.

17-ci əsrdə münasibətlərdə qismən “yumşalma” hiss olunmağa başladı.

18-ci əsrdə kilsənin rolu azalmağa başladı. Bu dövrdə bir çox maarifçilər “Şərqi anlamaq lazımdır” fikrini irəli sürmüşdülər. Məhz Maarifçilərin bir çoxunun təbliği sayəsində İslam dininə və türklərə qarşı olan düşmənçilik hissi get-gedə azalmaqda idi.

Dövlətlər arasında qarşılıqlı münasibətlər loyal səciyyə daşısa da, bəzi dairələrdə, xüsusən millətçi ziyalılar arasında Şərqə sayğısızlıq bir çox hallarda özünü büruzə verməkdə idi. Bu cür təzahürlər qələmə alınan traktat və bədii əsərlərdə diqqəti cəlb edirdi. Amma türk imperiyasının rəhbərləri də bu cür hallara öz kəskin teaksiyasını bildirirdi. Hətta bu günün özündə belə, Osmanlı arxivində deyilənləri təsdiq edən sənədlər az deyildir.

Buradaca qeyd etmək lazımdır ki, İslamı və türkləri tənqid edən kitabların nəşrinin dayandırılmasında və teatr tamaşalarının ləğvində daha çox 2-ci Sultan

Əbdülhəmid ( Abdü’l-Ḥamīd-i sânî) (21 sentyabr 1842, Konstantinopol – 10 fevral 1918), 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi) səy göstərmiş, ciddi addımlar atmışdır.

Deyəsən bir az irəli qaçdıq...

Türklərə və İslama qarşı kəskin mövqedə duranlardan biri Volter idi.

Bildiyimiz kimi, Volter (əsl adı Fransua-Mari Aruedir) Fransanın çox məşhur maarifçisi, tarixçisi, hüquqşünası, şairi, nasiri, dramaturqu idi. Onun pyeslərindən biri Məhəmməd Peyğəmbərə həsr olunmuşdu.

Volterin “Fanatizm, yaxud Məhəmməd Peyğəmbər” adlı dramında guya Peyğəmbərin həyatından söhbət açılır. “Guya” deyirəm ona görə ki, müəllif əsər haqqında yazırdı: “Mən bilirəm ki, Məhəmməd mənim bu əsərin süjetində göstərdiyim satqınlığı etməyib...” Volter daha sonra dönə-dönə etiraf edir ki, məqsədim heç də səhnəyə gerçəkdən baş vermiş hadisələri gətirmək yox, fanatizmin hansı dəhşətləri gətirə biləcəyini göstərməkdir. Və yenə özünün dediyi kimi, bütün hadisələr uydurma və quramalardan ibarətdir.

Volter yazılarında və yazışmalarında da humanizmə yad, maarifçiyə yaraşmayan tezislər irəli sürürdü.

Volter 2-ci Yekaterinanın, Yekaterina da onun pərəstişkarı idi. O, Rusiya imperatoriçasına 1769-cu ildə belə yazırdı: “Madam, Siz türkü öldürməklə mənim ömrümü uzadırsız...” Nəsə, bu günün özündə belə çox tanış intonasiyadır...

Volter onu da yazırdı ki, Siz Konstantinopolu almaqla Pyotrun arzusunu yerinə yetirmiş olursuz. Volter yaltaqlıqla vurğulayırdı ki, türkləri yalnız ruslar diz çökdürə bilər, Konstantinopolu yalnız ruslar ala bilər. Və sair və ilaxır yaltaqlıq dolu sicilləmələr.

(Baxa bilərsiz: Вульф Л. Изобретая Восточную Европу: Карта цивилизации в сознании эпохи Просвещения.

М., 2003.

• Зорин А. Л. Кормя двуглавого орла...

М., 2004)

Elə Volterin başqa bir müasiri həmkarı da Yekaterinadan nəsə qoparmaq üçün əldən-ayaqdan gedirdi. (Yeri gəlmişkən, Didro aləmə car çəkmişdi ki, kasıblıqdan böyük kitabxanasını satmaq istəyir. Yekaterina ona 15 min frank göndərdi ki, belə bir iş görməsin. Daha sonra ona ayı 100 manatdan ibarət “ömürlük təqaüd” kəsdi. Volter biləndə ki, onun “həmkarı” imperatoriça tərəfindən belə qiymətləndirilir, əsəbiləşərək demişdi ki, Rusiyada “skiflər” (geridəqalmış mənasında) ziyalıları belə qiymətləndirir, amma Parisdə onlara divan tutulur.

Artıq dediyim kimi, 2-ci Sultan Əbdülhəmid “fransız fanatizmi” ilə kəskin mübarizə aparırdı. Sultan əksər fransız qəzetlərinə abunə yazılmışdı və həmin qəzetləri şəxsən özü oxuyurdu. Məhz onun diplomatik səyləri nəticəsində bu istiqamətdə bir sıra qarşılayıcı addımlar atılmışdı. O, 1888-ci ildə başqa bir “islamşünasın” – Anre de Bornye adlı müəllifin “Məhəmməd” adlı pyes yazdığını qəzetdə oxuyan kimi, Parisə belə bir məktub yazdı: “Mən əminəm ki, “Komedi Fransez” teatrında gözlənilən tamaşa baş tutmayacaq...” Soltan belə bir tamaşanın oynalmasının iki dövlət arasındakı münasibətlərə ziyan vura biləcəyini qeyd edirdi. O vaxtkı Osmanlı İmperiyasının Fransadakı səfiri Mahmud Əsəd paşa yüksək rütbəli fransız çinovnikləri ilə görüşüb məsələni yoluna qoysa da bir müddət sonra iki dövlət arasında münasibətlərdə sərinlik yarandı və həmin pyesin yenidən səhnəyə çıxacağı elan olundu. Bu dəfə 2-ci Sultan Əbdülhəmidin şəxsən özü Rtansanın İstanbuldakı Montebello ilə görüşərək öz narazılığını bildirdi. Tezliklə əsərin Fransada nümayişi qadağan olundu. Amma Anre de Bornye dinc durmaq istəmirdi. Onun təkidi ilə adı çəkilən əsər London teatrında hazırlandı. Amma bu dəfə də əsər repertuardan çıxarıldı. Məsələ burasında idi ki, türk İmperatoru ilə Böyük Britaniyanın Xarici işlər lord Solsberi yaxın dost idi...

Hələ bu harasıdır. 1893-cü ildə Sultana xəbər verdilər ki, Roma teatrında da Peyğəmbərlə bağlı “2-ci Məhəmməd” adlı tamaşa hazırlanıb. Sultan Əbdülhəmid İtaliya hökumətinə kəskin iradını bildirdi və əsərin tamaşası baş tutmadı.

Yuxarıda Volterin yazdığı və haqqında söhbət açdığımız “Fanatizm, yaxud Məhəmməd Peyğəmbər” adlı əsəri bir sıra Avropa ölkələrində tamaşaya hazırlansa da Sultanın xahiş və ya tələbi ilə repertuara daxil edilmədi.

Nəhayətdə 2-ci Sultan Əbdülhəmidin göstərişi ilə Volterin əsərlərinin nəşri və satışı bütün Osmanlı ərazisində qadağan olundu.

Ədalət naminə demək lazımdır ki, fransız yazarlarının, xüsusilə şöhrətli Volterin Peyğəmbər əleyhinə yazılmış əsəri alman mütəfəkkirləri tərəfindən kəskin pislənmiş, tənqid olunmuşdu. Dünya çöhrətli Höte “axmaq hərəkətinə” görə Volteri pisləmiş, dahi Motsart (Volfqanq Amadey Motsart) onu (Volteri) təhqir etmiş, hətta o (Volter) ölərkən demişdi: Volter it kimi gəbərdi”. Bu həmin Motsartdır ki, bütün dünyada bu gün də əzəmətlə səslənən “Türk marşı”nın (orijinal adı belədir: “Rondo alla Turca”) müəllifidir.

...Bəli, Türkiyə və Fransa dövlətləri arasında zaman-zaman bir-biri ilə “yaxın və uzaq”, “soyuq” və “sıcaq” əlaqələr mövcud olmuşdur. Bu əlaqələrin soyuqlamasında siyasət (və sənət) adamlrının “rolu” daha çox olmuşdur. Yəni hər iki dövlətin sadə adamları bir-biri ilə daim yaxın və xoş müvasibətdə olmuşdur. Uzun illər fransız dili Türkiyədə xarici dillərin öyrənilməsi müstəvisində dominant dil olmuşdur. Tüklərin bir çox ziyalıları Fransada təhsil almışdır. Dünyanın ən yaxşı türkoloji araşdırmaçıları arasında fransız dilçilərinin rolu danılmazdır. Fransız ədəbiyyatı bütün dünya ədəbiyyatına, xüsusilə türk nəsrinə əsaslı təsir göstərmişdir.

Hesab edirik ki, gələcəkdə də dövlətlərin, daha doğrusu siyasilərin baxışlarından asılı olmayaraq, hər iki xalqın nümayəndələri tarixən mövcud olmuş müsbət ənənələri qoruyub saxlayacaq.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kərim Kərimli: QƏRİBƏ ADAM

Kərim Kərimli: QƏRİBƏ ADAM

John Doe 50 d. əvvəl

Cəmil Həsənli: Bu "Mənzərə"ni rəssam fırçası ilə çəkən şair Ağacəfər Həsənlidir

Cəmil Həsənli: Bu "Mənzərə"ni rəssam fırçası ilə çəkən şair Ağacəfər Həsənlidir

John Doe 20 saat əvvəl

Vaqif Bəhmənli: YAZ NAXIŞLARI

Vaqif Bəhmənli: YAZ NAXIŞLARI

John Doe 22 saat əvvəl

Məmməd Əvəzoğlu: Bir dəfə

Məmməd Əvəzoğlu: Bir dəfə

John Doe 23 saat əvvəl

Məmməd Əvəzoğlu: O mən olmuşam

Məmməd Əvəzoğlu: O mən olmuşam

John Doe 6 gün əvvəl

Cəsarət və qəhrəmanlıq dastanı- ÇANAQQALA DÖYÜŞÜ

Cəsarət və qəhrəmanlıq dastanı- ÇANAQQALA DÖYÜŞÜ

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com