06 fevral 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Zelenski Rusiya ilə danışıqların üçüncü raundunun keçiriləcəyini açıqladı

Zelenski Rusiya ilə danışıqların üçüncü raundunun keçiriləcəyini açıqladı

NATO-nun baş katibi Rusiya ilə sülh müqaviləsindən dərhal sonra Ukraynaya qoşun yeridəcəyinə söz verib

NATO-nun baş katibi Rusiya ilə sülh müqaviləsindən dərhal sonra Ukraynaya qoşun yeridəcəyinə söz verib

Norveç parlamenti monarxiyanın saxlanmasına səs verdi

Norveç parlamenti monarxiyanın saxlanmasına səs verdi

BMT İranda yeni rezident koordinator təyin edib

BMT İranda yeni rezident koordinator təyin edib

Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Bako Saakyan 20 il müddətinə azadlıqdan məhrum edilib

Qukasyana 20 il cəza verildi

Qukasyana 20 il cəza verildi

Məhkəmə Babayanı ömürlük həbs cəzasına məhkum etdi

Məhkəmə Babayanı ömürlük həbs cəzasına məhkum etdi

Arayik Arutyunyan ömürlük azadlıqdan məhrum edilib

Arayik Arutyunyan ömürlük azadlıqdan məhrum edilib

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Ağcabədidə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib +FOTOLAR

Masallıda Ulu Öndərin anım günü

Masallıda Ulu Öndərin anım günü

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

HEYDƏR ƏLİYEV- DÖVLƏTÇİLİYİMİZİN XİLASKARI

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Rəsmiyyə Sabir: Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

7 ay əvvəl 331 01

Rəsmiyyə Sabir:

Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

NAZİM İMANOV -70

Böyük insanlar

dərdlərin bizi

küncə sıxdığı həyatda

qəlbimizdə böyüyər,

qəlbimizi böyüdər...

Həmin böyük insanlar

bu kiçik dünyamızda,

böyük iz qoyub gedər...

İyun ayının 11-i İqtisadiyyat İnstitutunun direktoru, prof. Nazim Müzəffərlinin (İmanovun) dünyaya göz açdığı gündür. Hər ilin bu günü Nazim müəllimi doğum günü münasibətilə təbrik etmək istəmişik. Lakin hər il ənənəvi olaraq Nazim müəllim doğum günündə işə gəlməyib və bizim (o cümlədən, digər əməkdaşların) onu canlı təbrik etmək şansımız olmayıb. Bilirəm, bu il də belə olacaq. Yenə də Nazim müəllim öz ənənəsinə sadiq olaraq doğum günündə işə gəlməyəcək...

Bu bəlkə də çoxlarına qəribə görünə bilər. Adətən insanlar (xüsusilə rəhbər işçilər) ad günlərində xoşlayırlar ki, kollektivin üzvləri onları təbrik etsinlər, xoş arzularını bildirsinlər. Çünkü insan doğum günündə hər zamankından daha çox diqqət mərkəzində olmaq istəyir. Bundan təbii nə ola bilər?... Lakin Nazim müəllimi tanıyanlar, onun mütəvaziliyindən xəbərdar olanlar bilirlər ki, o, istər adi, istərsə də özəl günlərdə rəhbər olduğu üçün ayrıca diqqət istəməyən biridir. Bu səbəbdən də doğum gününü hər kəsdən uzaqda mütəvazi şəkildə qeyd etməyə üstünlük verir.

Odur ki, biz, bu il Nazim müəllimi bir yazı ilə təbrik etmək qərarına gəldik. Bu yazıda Nazim müəllimin bir elm adamı və rəhbər kimi özəlliklərindən söz açacağıq.

Nazim müəllim 2014-cü ildən İqtisadiyyat İnstitutuna rəhbərlik edir. O, İnstituta direktor təyin olunana qədər cəmiyyətdə bir alim və ictimai xadim kimi kifayət qədər tanınıb sevilirdi. Lakin bir rəhbər kimi necə olacağı bəlli deyildi. Çünkü bir tədqiqat müəssisəsinə rəhbərliyin ayrıca özəllikləri var. Yaradıcı, elmi fəaliyyətlə məşğul olan insanların çalışdığı elmi tədqiqat müəssisəsini idarə etmək şərəfli olmaqla yanaşı, həm də çətindir.

Nazim müəllimin İnstitutun kollektivinə təqdim olunduğu gün bir nüans yaddaşımızda iz qoyub. AMEA-ya o dövrdə rəhbərlik edən akademik Akif Əlizadə təqdimatdan sonra sözü Nazim müəllimə verdi. Nazim müəllimin çıxışının ilk cümləsi “Hər bir tədqiqatçı üçün aparıcı elmi-tədqiqat müəssisəsinə rəhbərlik etmək şərəflidir” oldu və bununla da, elmə, tədqiqata, AMEA-ya nə qədər böyük dəyər verdiyini diqqətə çatdırdı. Bu nüansı ona görə xüsusi vurğulayırıq ki, bir qədər əlaqələri olan insanlar AMEA-da əməkhaqqının azlığını bəhanə edərək imkan olan kimi başqa müəsssisələrə üz tuturlar. Hamıya yaxşı məlumdur ki, elmdə qalanlar ya fanatiklərdir, ya da getməyə yeri olmayanlar... Əksəriyyətin imkan tapan kimi başqa sahələrə üz tutduğu vaxtda, bir elmi-tədqiqat müəssisəsinə halallıqla rəhbərlik etmək həqiqətən də insandan fanatiklik tələb edir...

Halallıqla rəhbərlik ifadəsini təsadüfi işlətmədik. Nazim müəllimi tanıyanlar onun öz təbirincə desək, “əli-ayağı düz” olduğunu gözəl bilirlər. Nazim müəllim təkcə özünə deyil, çalışdığı insanlara da bu prinsiplə yanaşır. Onunla çalışmaq istəyirsənsə, o zaman “əlin-ayağın düz olmalıdır”. Bu meyar iş prosesində Nazim müəllimin “olmazsa, olmaz”larındandır.

Bir ziyalı olaraq bütün sahələrdə “əlin-ayağın düzlüyünün” tərəfdarıyıq. Lakin bunun elm sahəsində daha zəruri olduğunu düşünürük. Məşhur bir deyim var: “Bir millətin məhv olmasını istəyirsənsə, onun təhsilini və elmini əlindən al!”. Bilirik ki, bütün sahələrdə olduğu kimi, elmə də müxtəlif yollarla “gələn” insanlar var. Onlar elmin, əsl elm adamlarının nüfuzuna xələl gətirirlər. Nazim müəllim İnstituta rəhbərlik etdiyi illərdə bu cür hallara qarşı mübarizə aparıb. Əsl elm adamlarının bu sahədə qalmaları, istedadlı gənclərin elmə gəlməsinə sidq ürəkdən çalışıb. Onun direktor olduğu illər gənclərin İqtisadiyyat İnstitutuna axını dövrü kimi yadda qalıb. İndi İnstitutun bir neçə şöbəsində gənclərin sayı üstünlük təşkil edir. Gələcəyin gənclərin əlində olduğunu hamımız yaxşı bilirik. Bu gün elmə gələn gənclər sabahın alimləridir. Onların istedadlarını üzə çıxartmaq üçün münbit şərait, imkanlar yaratmaq hər bir rəhbər işçinin əsas vəzifələrindəndir. Nazim müəllim bu işin də öhdəsindən uğurla gəlir. Onun gənclərə xüsusi rəğbətlə yanaşması bütün kollektivə yaxşı məlumdur.

Nazim müəllimin İqtisadiyyat İnstitutundakı fəaliyyətini qiymətləndirməkdən ötrü Onun direktor olduqdan sonra qarşıya qoyduğu məqsədlərə hansı səviyyədə nail olmasına baxmalıyıq. Hamının xatirindədir ki, Nazim müəllim kollektivə rəhbərlik etdiyi ilk günlərdən İnstitutu “Azərbaycanda fundamental iqtisadi tədqiqatların REAL mərkəzinə, Azərbaycanda iqtisadi tədqiqatların ƏSAS əlaqələndiricisinə, Azərbaycan hökumətinin KOLLEGİAL ekspertinə və məsləhətçisinə çevrilməyi” hədəfləmişdi. Bu strateji hədəflərə nail olmaqdan ötrü bir sıra vəzifələrin icrası nəzərdə tutulmuşdu. İnstitutun 2014-2021-ci illər ərzində bu hədəflərə necə nail olduğuna nəzər salacayıq. Təbii ki, bu istiqamətdə görülən işlərin hamısını bir məqalədə işıqlandırmaq mümkün deyil, lakin önəmli saydığımız bəzi nüansları oxucuların diqqətinə çatdırmaq istəyirik.

İnstitutda son illərdə aparılan elmi-tədqiqatlar nəzəri və praktiki əhəmiyyətliliyi ilə diqqəti cəlb edir. Belə ki, son illərdə İnstitutda Nazim müəllim tərəfindən dünyada ilk dəfə olaraq dövlətin iqtisadiyyata modelyaradıcı müdaxilə formalarını ölçməyə imkan verən “İqtisadiyyatın Solluğu (Sağlığı) İndeksi” adlı bir metodologiya hazırlanmışdır. Nazim müəllim bu metodologiyanı yaratmaqla, həm də öz elmi-iqtisadi məktəbini formalaşdırmışdır.

Bizdə “elmi məktəb” anlayışına yanaşma bir qədər fərqlidir. Tanınmış alimlər rəhbərlik etdikləri dissertasiya işlərinin müəlliflərini öz məktəblərinin davamçıları hesab edirlər. Fikrimizcə isə, “elmi məktəb” bir nəzəriyyə ətrafında eyni (və ya oxşar) fikirdə olan insanların cəmləşməsi və bu nəzəriyyəni inkişaf etdirməsidir. Bu baxımdan, Nazim müəllimin yaratdığı metodologiyanı bir elmi-iqtisadi məktəb hesab etmək olar. Bu metodologiya müxtəlif tədqiqatçılar tərəfindən həm funksional, həm də sahəvi aspektdən inkişaf etdirilmişdir. Bu metodologiya əsasında İnstitutda həm elmlər doktorluğu, həm də fəlsəfə doktorluğu dissertasiyaları yazılaraq uğurla müdafiə olunmuşdur. Bu istiqamətdə tədqiqatlar, istər elmlər doktorluğu, həm də fəlsəfə doktorluğu dissertasiyalarının yazılması davam etdirilir.

Nazim müəllimin rəhbərliyi altında İnstitut son illərdə bir sıra mühüm işlərə imza atıb. Bunlara “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritələri”nin ekspertizası, “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın yazılması, “Azərbaycanda Həyat Keyfiyyəti İndeksi” Metodologiyasının hazırlanması,“Azərbaycanın post-konflikt ərazilərinə repatriasiyanın proqnozlaşdırılması və effektiv təşkili üzrə təkliflərin hazırlanması”, “Post-konflikt ərazilərdə iqtisadi potensialın qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi” layihələrinin icrası və s. daxildir.

Nazim müəllim bu illər ərzində İnstitutda bir sıra fundamental dəyişikliklərə nail olub. Bunlardan biri də, İqtisadiyyat İnstitutunda yeni maliyyələşmə mexanizminin tətbiq edilməsidir. Bununla bağlı, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqatların maliyyələşdirilməsinin yeni mexanizminin tətbiqi ilə bağlı AMEA-nın İqtisadiyyat İnstitutunda 2021-2024-cü illər üzrə pilot layihənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarı olmuşdur. Bu yeni mexanizm, dövlət qurumlarının sifarişi ilə həmin qurumlarla müqavilə əsasında İnstitut tərəfindən həyata keçirilən elmi ekspertiza və elmi tədqiqat işlərinin icrası üçün dövlət büdcəsindən müvafiq dövlət qurumlarına vəsaitin ayrılmasını nəzərdə tutur. Məlumdur ki, elm sferasında əməkhaqları aşağıdır. Bu da zaman-zaman müzakirə predmetinə çevrilir. Bəzən elmi tədqiqatların keyfiyyətinin aşağı olmasını mütəxəssislər elmin maliyyələşməsi ilə əlaqələndirirlər. Yeni mexanizmin tətbiqi elmi tədqiqatların keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, elmi işçilərin sosial müdafiəsinin gücləndirilməsində də mühüm rol oynayacaqdır.

Məqaləmizin sonunda bir qədər də Nazim müəllimin şəxsi keyfiyyətlərindən danışmaq istəyirik. Nazim müəllim öyrənməyi və öyrətməyi sevən biridir. O, bildiklərini böyük həvəslə insanlara, xüsusilə də gənclərə öyrədir. Tədqiqatçı olaraq Ondan çox şey (təkcə iqtisadiyyat deyil, eyni zamanda mədəniyyət, ədəbiyyat, tarix, incəsənət sahələrinə aid biliklər) öyrənirik.

O alim xoşbəxtdir ki, sağlığında elmi məktəbi yaranır. Hər bir Müəllim xoşbəxtdir ki, istər bu dünyada, istərsə də o dünyada olduqda Onu daim xoş duyğularla, sayğı ilə yada salan, xatırlayan davamçıları var. Bir insan üçün “Müəllim” sayılmaq dünyanın ən gözəl duyğusudur...

Sizə davamçılarınız olaraq səslənirik:

Dünyaya gəlişiniz qutlu olsun, Nazim müəllim!

Телман Джафаров

Təbrik edirəm!

Nə yaxşı ki, bu cür insanlarımız var. Gözəl təqdimatdı. Təbrik edirəm yubilyarı!

Bir insana qarşı kimdəsə bu cür ehtiram hissi oyatmaq yalnız əsl səmimiyyətdən irəli gələ bilər.

Агамахмуд Самедов

Nazim müəllimi Doğum Günü münasibətilə təbrik edirəm. Arzu edirəm ki, bu sayaq ("əli ayağı düz") rəhbər işçilərin olması (xüsusən elmdə) və onların az da olsa artım tendensiyası davamlı olsun.

Gülşən Eminova

Hörmətli professor Nazim İmanov hım elmi həm də ictimai mövqeyi ilə sayılıb- seçilən böyük ŞƏXSİYYƏTDİR. Elmi və idarəçilik fəaliyyətində bol uğurlar arzu edirəm.

Mahmudi Adil

İnsanlar sizi deputat olduğunuz vaxtlardan tanıdılar və həmin vaxtlar da insanlığı hələ nəzərə alırdılar.

Bəlkə də yaxşı oldu sizi seçənlər

səhv etməmək üçün sizi seçmədilər!

Artıq sizin böyük alim olduğunuzu gördülər!

Özü də elmin ən çətin sahəsində sözü demək

hər kəsin işi ola bilməz!

Sizə çətin olduğu qədər şərəfli işinizdə uğurlar allahdan diləyirəm!

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Məmməd Əvəzoğlu: Sücəddin qardaş

Məmməd Əvəzoğlu: Sücəddin qardaş

John Doe 13 saat əvvəl

Elman Eldaroğlu: Umud Rəhimoğlu sözün əsl mənasında, dəyərli insandır…

Elman Eldaroğlu: Umud Rəhimoğlu sözün əsl mənasında, dəyərli insandır…

John Doe 18 saat əvvəl

Mehdi Fəyyazlı: Bir ad, bir nəsil

Mehdi Fəyyazlı: Bir ad, bir nəsil

John Doe 19 saat əvvəl

Qulu Məhərrəmli: Sabaha olan ümid və o ümidin doğurduğu sevinc…

Qulu Məhərrəmli: Sabaha olan ümid və o ümidin doğurduğu sevinc…

John Doe 3 gün əvvəl

Sözlə sükut arasında: Nigar Orxanın poeziya dünyası

Sözlə sükut arasında: Nigar Orxanın poeziya dünyası

John Doe 6 gün əvvəl

Xuraman Muradova: QARABAĞ

Xuraman Muradova: QARABAĞ

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34

İlham Əliyev Davosda “Euronews” televizi...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
• Bu gün Heydər Əliyev Anım Günüdür}

Bu gün Heydər Əliyev Anım Günüdür

12 dekabr 2025 12:22:31
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com