25 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İran prezidenti qonşu ölkələrə müraciət edib

İran prezidenti qonşu ölkələrə müraciət edib

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Erməni faşizminin qurbanı: XOCALI

Erməni faşizminin qurbanı: XOCALI

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Elçin Mirzəbəyli: Qüdrət Həsənquliyevin 60 illik yubileyinə sözardı

1 il əvvəl 212 01

Elçin Mirzəbəyli:

Qüdrət Həsənquliyevin 60 illik yubileyinə sözardı

...Siyasi münasibətlər sistemi, xüsusilə də fərqli formasiyaların içərisindən keçən, mental və toplumsal mədəni dəyərlər olaraq tam oturuşmamış cəmiyyətlərdə o qədər mürəkkəb və ziddiyyətlidir ki, nəinki bir il, bəzən bir an sonra yanaşmaların, dəyərləndirmələrin necə olacağını proqnozlaşdırmaq mümkün olmur. Elə mən də, nəinki bir il, hətta bir an sonra da baş verə biləcəyini istisna etmədiyim dəyişik münasibətlər sisteminin mahiyyətini, bu münasibətlər sisteminin ən mürəkkəb nəqliyyat dəhlizlərini belə kölgədə qoya biləcək keçidlərində sağdan sola, soldan sağa var-gəl edən, şər-böhtan, qarayaxma yükünü durmadan artıraraq hərəkətdə olan, havası, suyu, çörəyi bəsit əyalət hiyləgərliyindən “çıxan”ların yaratmaq istədikləri və yaxud, artıq yaratdıqları kommunikasiya tıxacının real və ya vizual görüntüsünü nəzərə almadan, bu anın duyğu və fikir selinin formalaşdırdığı qəribə, təzadlı bir ovqatın təsiri altında yazıram.

...Bir qayda olaraq, yubiley təbrikinə belə başlamırlar, bilirəm. Amma həyatın, fərdi və ya toplumsal münasibətlərin resepti olmur. Mənə görə, bətnində həqiqət yükü daşıyan istənilən dürüst, səmimi yanaşma bər-bəzəkli, metaforik tərifə bürünmüş saxtakarlıqdan daha gözəldir.

Bir də... bu yazı üzərində az qala bir aydan çoxdur ki, düşünürəm. Elə ilk sətirin sözlərini cümləyə düzdüyüm, bütün kənar təsirlərin sürüşkən ayaq izlərini düşüncələrimin çığırından sildiyim andan... özüm üçün də təəccüblü olan bir sürətlə yazıram. Ələkdən keçirmədən...

Hazırda hər kəsin millət vəkili, Ədalət, Hüquq, Demokratiya Partiyasının (ƏHD) sədri Qüdrət Həsənquliyevi uzun illərdir ki, tanıyıram. Bəzən onunla ilk dəfə qarşılaşdığım zamanı belə xatırlaya bilmirəm. Xatirələr və təəssüratlar illərin dolanbacında alt-üst olub.

Qüdrət bəy çox fərqli adamdır. Həm siyasətçi, həm də, sadəcə bir insan kimi. Tərifi sevmədiyini bilirəm və ən azı son 23 il ərzində onunla münasibətlərimdə reallıqdan kənar, metaforik hansısa fikir səsləndirdiyimi, yaxud onun belə bir yanaşma sərgilədiyini xatırlamıram. Qüdrət Həsənquliyev düşündüyü kimi danışır, doğru bildiyini deyir və edir. Bu, şəxsi münasibətlərdə də belədir, siyasi yanaşmalarda da...

Qüdrət bəy çox yaxşı adamdır. Tanıdığı və ona münasibətdə dürüst olan hər kəsə bacardığı qədər, bəzən bacardığından daha çox xeyirxahlıq etməyə çalışır. Qarşılığını gözləmir, şübhəsiz. Amma zəngin siyasi təcrübəsinə, həyatın hər üzünü görməsinə, ən acı reallıqları ilə qarşılaşmasına baxmayaraq, hər dəfə etdiyi xeyirxahlığın qarşılığında, yumşaq ifadə etsəm, arzuolunmayan bir davranış, yanaşma, əməl görəndə təəccüblənir və bəzən hətta sarsılır da... Əslində onun bu keyfiyyətini daha çox bəyənirəm. Bu o deməkdir ki, Qüdrət Həsənquliyev bütöv bir xarakter, obraz və mahiyyət olaraq, dəyişmir, bütün vəziyyətlərdə özü olaraq qalır.

Qüdrət bəy hüquqi bilgiləri və məntiqi ilə heyrət doğura biləcək bir hüquqşünasdır. Bu illər ərzində ondan çox şey öyrənmişəm və hələ də öyrənməyə davam edirəm.

Qüdrət bəy mükəmməl, öyrənməyə, öyrətməyə daim hazır olan, bu istiqamətdə də, yalnız doğruları aşılayan, qarşısındakının kimliyindən, ona olan münasibətindən asılı olmayaraq, onu doğru yola yönəldən bir müəllimdir.

Qüdrət bəyi, sadəcə siyasətçi kimi dəyərləndirmək insafsızlıq olardı. İçindəki böyük Vətən sevgisi, düşüncəsinə hakim kəsilmiş dövlət əxlaqı onun ümumi siyasi konyekturanın dar çərçivəsinə sığmasına imkan vermir. Qüdrət Həsənquliyev günün reallıqlarını düzgün dəyərləndirən, praqmatik yanşamalardan çıxış edən və bununla yanaşı möhkəm ideoloji fikir yapısına sahib olan bir inşandı.

Qüdrət bəy təpədən-dırnağa milli adamdır. Zamanın dəyişik ritmi onun xarakterinə zərrə qədər də olsun, təsir göstərə bilməyib.

Qüdrət Həsənquliyevin çox səmimi, fədakar bir dost olduğunu deyirlər. Onunla uzun illərdən bəri dostluq edən və mənim də dost saydığım, etibar etdiyim insanların dediklərindən belə qənaətə gəlmişəm. Təəssüf ki, sədr-müavin münasibətlərimiz onunla dostluq münasibətlərimizin tam formalaşmasına imkan verməyib. Amma indi də gec deyil...

Qüdrət bəy Azərbaycanı bütün çalarlarıyla, daşıyla, torpağıyla, havasıyla, suyuyla, insanıyla sinəsinə çəkərək bütöv və dərindən sevən qibtə olunacaq bir vətəndaşdır.

Qüdrət Həsənquliyev zamanın sürətlə dəyişən ritminin içərisində Azərbaycan sevgisinə köklənərək öz ritmi ilə yaşayan əsl azərbaycanlıdır.

Qüdrət bəy əsl insandır – obrazı artıq boya və mübaliğə götürməyən, sadə, səmimi bir insan!

60 yaşınız mübarək, Qüdrət bəy. Allahdan Sizə uzun və sağlam ömür diləyirəm. Ulu Tanrı Sizə doğma Vətənimizlə, Türk Dünyası ilə bağlı arzuladığınız bütün hadisələrin şahidi və iştirakçısı olmağı nəsib etsin!

Elçin Mirzəbəyli

Murtaza Bunyadli

Qüdrət bəy Azərbaycanın Vətəninə, dövlətinə, xalqına bağlı, dövlətinin inkişafı üçün səy göstərən çox dəyərli insanlarından və siyasətçilərindəndir. Təbrik edirik və bol-bol uğurlar arzulayırıq

Mensim Hesenov

Çox Hörmətli Dəyərli Liderimiz QÜDRƏT Bəy Sizi ürəkdən Təbrik edirəm ! Sizə Uzun ömür Can Sağlığı fəaliyyətinizdə Uğurlar arzulayıram !

Yashar Kelenterli

Çox hörmətli Qüdrət bəy!Sizi 60 illik yubiley yaşınız münasibəti ilə təbrik edirəm.Sizə sağlıqlı ömür və gələcək işlərinizdə uğurlar arzulayıram !Yaxşı ki,varsınız.Tanrı Sizi qorusun !

İsabali Laçin

Çox sağ ol Elçin bəy.

Sizin bu səlist və doğru təhlil və təbrikinizdən sonra,bizə yalnız bir iş qalır, oda,çox dəyərli liderimiz, Millət vəkili ƏHDP-nın sədri Qüdrət bəyə uzun ömür, can sağlığı,işlərində uğurlar arzulamaqdır.

Etibar Seyidaga

Dəyərli Elçin bəy Qüdrət bəyi olduğu kimi təsvir edib bu yazıda. Hörmətli millət vəkili Qüdrət Həsənquliyevi mən də 60 illik yubileyi münaisbətilə təbrik edirəm. Allahdan Qüdrət bəyə sağlamlıq, uzun ömür, işlərində uğurlar diləyirəm!

Elshad Pashasoy

Dəyərli Qüdrət bəyi yubiley yaşı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Ona sağlam, uzun ömür, şəxsi və ictimai-siyasi fəaliyyətində davamlı uğurlar arzulayıram. Hörmətli Elçin bəyin təbrik yazısında əksini tapan fikirlərlər, səmimiyyətlə yoğrulmuş ifadələr o qədər yerindədir ki, əlavə nələrsə yazmaq çox çətindir...

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kərim Kərimli: QƏRİBƏ ADAM

Kərim Kərimli: QƏRİBƏ ADAM

John Doe 26 d. əvvəl

Cəmil Həsənli: Bu "Mənzərə"ni rəssam fırçası ilə çəkən şair Ağacəfər Həsənlidir

Cəmil Həsənli: Bu "Mənzərə"ni rəssam fırçası ilə çəkən şair Ağacəfər Həsənlidir

John Doe 19 saat əvvəl

Vaqif Bəhmənli: YAZ NAXIŞLARI

Vaqif Bəhmənli: YAZ NAXIŞLARI

John Doe 22 saat əvvəl

Məmməd Əvəzoğlu: Bir dəfə

Məmməd Əvəzoğlu: Bir dəfə

John Doe 22 saat əvvəl

Məmməd Əvəzoğlu: O mən olmuşam

Məmməd Əvəzoğlu: O mən olmuşam

John Doe 5 gün əvvəl

Cəsarət və qəhrəmanlıq dastanı- ÇANAQQALA DÖYÜŞÜ

Cəsarət və qəhrəmanlıq dastanı- ÇANAQQALA DÖYÜŞÜ

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com