26 avqust 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edildi

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Baş Prokurorluq: Tərtərdə yaşlı cütlüyün qətlində və evlərinin yandırılmasında şübhəli bilinən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Cəbrayılda traktor sürən bir kişi minaya düşdü

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Əlahiddə Ümumqoşun Orduda yeni yaradılan komando hərbi hissələrinə Döyüş bayraqlarının verilməsi mərasimi +VİDEO, FOTO=25

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Hərbi Dəniz Qüvvələrində məzunların qəbul mərasimi keçirilib

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə Bakıda hərbi yürüşlər keçirilir

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

Azərbaycan Silahlı Qüvvələrinin 108 yaşı tamam olur

“XTQ Qəhrəmanlarının İrsi” Masallıda

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

Təranə Paşayeva: "...YADDA QALA BİLƏCƏK MÜHÜM TARİX..."

15 İYUN- XAOSDAN NİZAMA

15 İYUN- XAOSDAN NİZAMA

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

Bu gün Azərbaycan Müstəqillik Gününü qeyd edir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
Siyasət YADA DÜŞƏN XATİRƏLƏR

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

1 saat əvvəl 18 01

Qətibə ƏSƏDOVA:

Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

Ölkəmizdə uşaqlara xüsusi məhəbbət və qayğı göstərilir, onların layiqli vətəndaş kimi böyüməsi, cəmiyyətdə sağlam mövqe tutması üçün hər cür şərait yaradılır.
Respublikamızda uşaq siyasətinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev uşaq hüquqlarının müdafiəsinə, sağlamlığına, təhsilinə, layiqli vətəndaş kimi hərtərəfli inkişafına yönələn siyasət yürüdür, bu istiqamətdə uğurlu islahatlar aparır.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması istiqamətində həyata keçirilən layihə və proqramlar da müstəsna əhəmiyyət daşıyır.

Ümid yerimiz

Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biri uşaqların sağlam, bilikli, vətənpərvər kimi böyüməsidir. Bu məqsədlə Fond tərəfindən uşaq müəssisələrinin müasir standartlar səviyyəsində fəaliyyət göstərməsinə xüsusi diqqətlə yanaşılır. “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı” və “Məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması” layihəsi çərçivəsində yüzlərlə körpələr evi, bağça və internat məktəbləri əsaslı təmir olunub. Həmçinin Talassemiya, Daun, Psixonevroloji Uşaq mərkəzləri və bu qəbildən olan digər əhəmiyyətli obyektlər tikilərək istifadəyə verilib. Fondun təşəbbüsü ilə Bakıda açılmış yeni “Ümid yeri” uşaq sığınacağı və Uşaq Psixonevroloji Mərkəzinin korpusu ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Mehriban xanım müdafiəyə ən çox ehtiyacı olan, uşaq evləri və internatlardakı uşaqlara, qaçqın və məcburi köçkün övladlarına, habelə müxtəlif xəstəliklərə mübtəla olan uşaqlara hər zaman dayaq durmağa çalışır. O, kimsəsiz uşaqların taleyi ilə maraqlanır, valideyn əskikliyini duymalarını istəmir.
Özüm şahidi olmuşam, Mehriban xanım daim kimsəsiz uşaqlara baş çəkir, onlarla ünsiyyət qurur, problemləri ilə maraqlanır. Təhsil almaları, istedadlarının üzə çıxarılması istiqamətində dəstək göstərir, gələcək həyata daha sağlam qədəm basmaları üçün ruhlandırır. Əlamətdar günlərdə, bayramlarda, hətta öz ad günündə belə uşaqların əhatəsində olmağı sevir, onlarla birlikdə şənlənir, uğurlarını alqışlayır. Kimsəsiz uşaqlar Mehriban xanımı özlərinin mənəvi anası hesab edirlər.

Uşaqların mavi dünyasına aparan yol

Tale mənim həyat yolumu da uşaq dünyası ilə bağlamışdır. Zəngilan rayonunun Pərcivan kəndində nəsil-nəcabətli bir ailədə doğulmuşam. 1975-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun məktəbəqədər psixologiya və pedaqogika fakültəsini bitirmişəm. Pedaqoq-psixoloq ixtisasına yiyələnmişəm. Sumqayıtdakı 53 saylı uşaq bağçasında əmək fəaliyyətinə başlamışam. Metodist-tərbiyəçi vəzifəsində çalışmışam. Sonrakı illərdə 44 və 48 saylı uşaq bağçalarının müdiri olmuşam. Körpə balalarımızın mavi dünyasında qazandığım zəngin təcrübənin sayəsində irəli çəkilmişəm.
Onu da qeyd edim ki, uşaq bağçasında müdir işlədiyim dövrlərdə iş təcrübəm respublika səviyyəsində yayılmışdı. Hətta Sovetlər dövründə Moskvanın mərkəzi televiziyasında yayımlanan “Zaman” xəbərlər proqramında mənim təcrübəmlə bağlı reportaj da hazırlanıb təqdim edilmişdi. Bundan sonra “Qabaqcıl maarif xadimi” mükafatı ilə təltif olundum. İstedadlı uşaqları elmə, musiqiyə yönəldirdim.
Bağça müdiri işlədiyim dövrdə Ailə, Qadın və Uşaq Problemləri Komitəsinin sabiq sədri Zəhra Quliyeva dedi ki, qadınların II qurultayına hazırlıq konfransı keçiriləcək və həmin konfransı sən aparmalı olacaqsan. “Kimyaçı” mədəniyyət sarayında 280 nəfərdən ibarət uşaq bağçasının fidanları və kollektivi ilə bu konfransı təşkil etdik. Həmin tədbirdən sonra Zəhra xanım mənə Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən xəstə olan uşaqlar üçün internat evində işləməyi təklif etdi. Fikirləşmədən onun təklifi ilə razılaşdım. Beləcə, 2006-cı ildə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün internat evinə direktor təyin edildim.
Düzü, orada vəziyyət çox acınacaqlı idi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciət etdim. Müraciətimdən dərhal sonra burada əsaslı yenidənqurma işlərinə başlanıldı. Uşaqların şəraiti yaxşılaşdırıldı.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 2011-ci il fevralın 24-də 3 saylı internat evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etdi. Məlumat üçün deyim ki, 1984-cü ildə inşa edilmiş internat evi əqli və fiziki cəhətdən qüsurlu olan 8-18 yaş arasında olan uşaq və yeniyetmələr üçün nəzərdə tutulmuşdur. Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində burada müasir avadanlıqla təchiz edilmiş və müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş konfrans otağı sakinlərin ixtiyarına verilmişdir. Mehriban xanım musiqi zalında uşaqların ifasına qulaq asdı. Sonra xüsusi qayğıya ehtiyacı olan uşaqların su ilə reabilitasiyasını nəzərdə tutan otağa da baş çəkdi.
İnternat evində hər bir otaqda uşaqların sevdiyi nağıl qəhrəmanlarının təsvir olunduğu mebel avadanlığı və oyuncaqlar vardı. Burada balacalar öz potensiallarını nümayiş etdirmək imkanı qazanıblar. Uşaqlar Mehriban xanıma xatirə hədiyyəsi verdilər və öz məharətlərini də nümayiş etdirdilər.
Heydər Əliyev Fondunun dəstəyi ilə internat evinin həyətində də geniş abadlıq, yaşıllaşdırma işləri aparılmış, gözəl fəvvarələr, oturacaqlar qoyulmuşdur. Buradakı hər bir element bu evin məhz uşaqlar üçün nəzərdə tutulduğunu təsdiqlədi. Yaxşı xatırlayıram ki, balacaların reabilitasiyası üçün burada inək, qoyun, toyuq və digər ev quşları saxlanılması üçün özəl təsərrüfat yaradılmışdı.

“Qocalar evi” ilə bağlı xatirələr

Birmənalı vurğulanmalıdır ki, ölkəmizdə ahıl insanlara dövlət qayğısı ildən-ilə artır, onların sosial problemlərinə həssas münasibət hər zaman diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə görülən işlərə, həyata keçirilən layihələrə dövlətimizlə yanaşı, Heydər Əliyev Fondu da töhfəsini verir. Bu diqqət və qayğı Bakının Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatda da açıq-aydın hiss olunur.
Fondun prezidenti Mehriban Əliyevanın və vitse-prezidenti Leyla Əliyevanın mütəmadi buraya baş çəkmələri, bu qəbildən olan insanlarla səmimi söhbət etmələri, onların qayğılarını diqqətdə saxlamaları bu gün də gözlərimin önündə canlanır..
1998-ci ildə Ulu Öndər Heydər Əliyev bu pansionatda olub, veteranlarla görüşüb. 2013-cü ildə isə bu pansionata yeni həyat verilib. Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə pansionatın yeni korpusunun açılışı oldu. Sakinlərin özlərini evdəki kimi rahat hiss etmələri üçün bu məkanda bütün lazımi şərait yaradılmışdır.
Beynəlxalq Ahıllar Günündə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın müharibə və əmək əlilləri üçün pansionatda yeni korpusun açılışında iştirak etmələri burada aparılan yenidənqurma işləri ilə tanış olmaları hər birimizin qəlbini coşdurdu, sakinlərimizin sabaha ümidini qat-qat artırdı.
130 nəfərə xidmət göstərəcək beşmərtəbəli yeni korpusda sakinlərin normal yaşaması üçün hər cür şərait yaradılmışdır. Sakinlərin asudə vaxtlarının təşkili üçün yaradılan şərait, səliqə-sahman və görünən gözəlliklər hamını heyran edirdi. Biz də bu gözəlliyə əlavə rəng qatmağa çalışırdıq. Pansionatımızdakı parkda da gözəl şərait yaradılmışdır. Ahıl insanlar burada nərd, domino oynayırlar.
Cənab Prezidentin tapşırığı, Heydər Əliyev Fondunun dəstəyi ilə onlar üçün səyyar tibbi müayinələr təşkil olunurdu. Əl qabiliyyəti olan istedadlı ahıllarımız isə istifadəyə yararsız əşyalardan çox maraqlı fiqurlar düzəldirdilər.

Sonrakı əmək fəaliyyətim də qayğıya ehtiyacı olan insanlarla bağlı olmuşdur. Abşeron rayon Saray qəsəbə uşaq internat məktəbinə bir müddət rəhbərlik etdikdən sonra Göygöl rayon Qırıxlı kəndində yerləşən qızlar üçün internat evinə işləməyə dəvət aldım. Orada da vəziyyət ürəkaçan deyildi. Maliyyə yardımı ayrıldıqdan sonra internat evinə su çəkildi. Qızların məşğuliyyəti üçün dərnəklər təşkil edildi.

Uşaqların yaxın dostu

Ömrümün müdriklik çağını yaşayıram. İctimai həyatımızdan ayrılmamışam. Mötəbər tədbirlərə dəvət alıram. Uzun illər çəkdiyim zəhmət hədər getməmişdir. Əməyim həmişə yüksək qiymətləndirilmişdir. “Əməkdar müəllim” fəxri adını və “Tərəqqi” medalı almışam. Uşaqlarla işlədiyim dövrdə Uşaq Fondu tərəfindən “Uşaqların dostu” medalına layiq görülmüşəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanıma öz dərin təşəkkürümü bildirirəm.

Mehriban Əliyeva - xeyirxah, humanist və nəcib xanım

O, valideyn himayəsindən məhrum olan, uşaq evlərində, internat məktəblərdə böyüyən uşaqların hər birinə qayğıkeş ana kimi hər zaman vaxt ayırır. Tez-tez bu uşaqlara baş çəkir, onların fikirləri, problemləri və arzuları ilə maraqlanır, bir ana kimi tövsiyələrini verir. Ata-ana himayəsindən məhrum olan uşaqların qaldığı evlər, internat məktəbləri ən yüksək səviyyədə təmir-bərpa olunub, hər cür avadanlıqla təchiz edilib. Buradakı uşaqlar normal ailələrdə böyüyən uşaqlar kimi təmin olunublar. Bir ana, bir valideyn kimi uşaqlarla vaxt keçirir, onlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışır. Bütün bayramlarda həmin uşaqların könlünü almaq, onları sevindirmək üçün əyləncələr təşkil edir. Mehriban xanım uşaqların ailə mühitində böyüməsi üçün həyata keçirilən bütün layihələrin təşəbbüsçüsü və dəstəkçisidir. Bu uşaqlar böyüdükdən sonra da onlara diqqətini azaltmır.
Sonda ürəyimdən qopan xoş sözlərlə Mehriban xanımı doğum günü münasibəti ilə ürəkdən təbrik edir, ona can sağlığı, Azərbaycanımızın inkişafı naminə tutduğu şərəfli yolda yeni-yeni uğurlar diləyirəm. Var olun, Mehriban xanım, Siz uşaqlarımızın qayğıkeşi kimi xeyirxah iş görürsünüz. Fəaliyyətiniz dövründə üç dəfə sizinlə, eyni zamanda qızınız Leyla Əliyeva ilə ünsiyyətdə olmuşam. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısından bəhrələnmişəm. Sizə və Əliyevlər ailəsinə bir daha xoş arzularımı bildirirəm: Ad gününüz mübarək olsun!

Qətibə ƏSƏDOVA,
Əməkdar müəllim

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

Qətibə ƏSƏDOVA: Uşaqlara məhrum qaldıqları sevgini hiss etdirməyə çalışan böyük ürək sahibi

John Doe 1 saat əvvəl

Rüstəm Behrudi: Yaradıcı adam üçün əsas məsələ nəyi yazmaq deyil, necə yazmaqdadı

Rüstəm Behrudi: Yaradıcı adam üçün əsas məsələ nəyi yazmaq deyil, necə yazmaqdadı

John Doe 1 ay əvvəl

Məmməd Əvəzoğlu: Ay Nabat

Məmməd Əvəzoğlu: Ay Nabat

John Doe 1 ay əvvəl

Şəmil Sadiq: “Ötükən Xatirələri” tədbiri davam edir +VİDEO/FOTO=29

Şəmil Sadiq: “Ötükən Xatirələri” tədbiri davam edir +VİDEO/FOTO=29

John Doe 1 ay əvvəl

Jurnalist Xanoğlan Əhmədovun 65 illik yubileyi qeyd edildi +FOTO=15

Jurnalist Xanoğlan Əhmədovun 65 illik yubileyi qeyd edildi +FOTO=15

John Doe 1 ay əvvəl

Xatirə İsmayılova: Kamalə Abiyevaya

Xatirə İsmayılova: Kamalə Abiyevaya

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Prezident İlham Əliyev "Sabah"ı təbrik edib

Prezident İlham Əliyev "Sabah"ı təbrik e...

26 avqust 2026 12:33:04
• Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür}

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın do...

26 avqust 2026 10:45:29
• Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub +VİDEO, FOTO=29}

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin...

25 avqust 2026 22:05:33
• Daşkənddə Prezident İlham Əliyevin mətbuata bəyanatı +VİDEO, FOTO=7}

Daşkənddə Prezident İlham Əliyevin mətbuata bəyanatı +VİDEO,...

25 avqust 2026 21:48:04
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com