Gənc muşketyorumuz "Baltik Cup-2025"-də üçüncü olub
Estoniyanın Tartu şəhərində 20 yaşlı (U-20) gənclər arasında qılıncoynatmanın şapqa növü üzrə "Baltik Cup-2025" beynəlxalq turnir keçirilib. Turnirdə iştirak edən Azərbaycan təmsilçisi Vahab Fətullayev çıxışını üçüncü pillədə başa vurmaqla bürünc medala layiq görülüb. Azərbaycan Qılıncoynatma Federasiyasından verilən məlumata görə, mübarizəyə 1/16 finaldan qoşulan gənc müşkketyorumuz müvafiq ardıcıllıqla iki Latviya və bir Estoniya təmsilçisini üstələyərək 1/2 finala yüksəlib və bununla da bürünc medalı özünə təmin edib. Lakin təmsilçimiz bundan sonra mübarizəni davam etdirə bilməyib. Yarımfinalda daha bir Estoniya idmançısı ilə görüşdə uduzan Fətullayev üçüncü yeri tutmaqla bürünc medalla kifayətlənib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.