Avropa Hüquq İnstitutu ilə HEQT Mərkəzi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb +FOTO=5
Cari ilin 1-5 sentyabr tarixlərində Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin İcraçı direktoru Samir Mahmudov və Xüsusi hüququn ekspertizası şöbəsinin müdiri Xeyransa Əliyeva Fransanın paytaxtı Paris şəhərində keçirilən Avropa Hüquq İnstitutunun (European Law Institute – ELI) İllik Konfransında iştirak edib.
AZpressTİMES.info xəbər verir ki, konfrans çərçivəsində 4 sentyabr 2026-cı il tarixində Avropa Hüquq İnstitutunun Prezidenti Teresa Rodríguez de las Heras Ballell və HEQT Mərkəzinin İcraçı direktoru Samir Mahmudov tərəfindən tərəflər arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Anlaşma Memorandumunun imzalanması Mərkəzin beynəlxalq hüquqi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, Avropa hüquq məkanında qabaqcıl yanaşmaların öyrənilməsi, qarşılıqlı təcrübə mübadiləsi və qanunvericilik fəaliyyətində beynəlxalq təcrübədən istifadənin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumat üçün qeyd olunur ki, HEQT Mərkəzi 15 yanvar 2025-ci il tarixdə Avropa Hüquq İnstitutunun institusional üzvlüyünə qəbul olunmuşdur (https://heqt.gov.az/az/news/view/147).



.jpeg)
.jpg)
.jpeg)
.jpeg)
.jpeg)








03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.