"Azərbaycan Land of Fire" komandası Dünya Kubokunda ikinci olub
24-26 yanvar günlərində İsveçrənin Sankt Moritz şəhərində atçılığın qarustu polo növü üzrə sayca 40-ci Dünya Kuboku keçirilib. Azərbaycan Respublikası Atçılıq Federasiyasından (ARAF) verilən məlumata görə, üç gün davam edən bu turnirdə medallar uğrunda 6 komanda mübarizə aparıb. Qeyd edək ki, ARAF və Heydər Əliyev fondunun birgə təşkilatçılığı ilə yaradılan və ölkəmizi bu nüfuzlu beynəlxalq turnirdə kapitan Elçin Camallı (+2 handikap, Azərbaycan), Adrian Laplacette (+6 handikap, Argentina), Raul Laplacette (+ 6 handikap, Argentina), Tərlan Qurbanəliyev (0 handikap, Azərbaycan) və Əli Rzayevdən (0 handikap, Azərbaycan) ibarət heyətlə təmsil edən "Azərbaycan Land of Fire" klubu Dünya Kubokunda yalnız həlledici finalda uduzaraq ikinci yeri tutub.
Qrup mərhələsində əvvəlcə ev sahibi olan" The Kusnacht Practice" klubunu 5-5.5 hesabla, ardından isə ABŞ təmsilçisi "World Polo League"ni 3.5-3 hesabla üstələyən təmsilçimiz bununla da turnirin finalına yüksəlib.
Təəssüflər olsun ki, finalda yenidən ev sahibi ilə üzləşən komandamız bu dəfə məğlub olub (5-4.5) və nəticədə də çıxışını ikinci yerdə başa vurub
Tədbirin sonunda idmançılarımız müxtəlif xatirə hədiyyələri ilə təltif olunublar.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.