"Qarabağ" AL-da son ev oyununu da uduzub
Dünən Azərbaycan çempionu"Qarabağ" klubunun da iştirak etdiyi futbol üzrə UEFA Avropa liqasının əsas mərhələsində sayca 7-ci turun oyunları keçirilib. "Qarabağ" hesabat turu çərçivəsində Rumıniyanın "Styaua" (FKSB) klubunu qəbul edib. Qeyd edək ki, taleyi slovakiyali referi Filip Qlova həvalə edilən və Tofiq Bəhramov adına respublika stadionunda keçirilən bu oyun çempionumuz üçün uğursuz olub. "Qarabağ"in növbəti mərhələyə adlanması üçün böyük əhəmiyyət kəsb edən həmin oyunda qonaq komanda qalib gəlib - 2:3 (2:2).
Təəssüflər olsun ki, çempionumuz ilk dəqiqələrdən üstünlüyü ələ alıb hesabı açsa da, sonda qələbəyə sevinən və vacib 3 xalı qazanan qonaqlar olub.
Vurulan qollara gəlincə, birinci dəqiqədə Leandro Andrade hesabı açaraq "Qarabağ 'i irəli çıxarıb - 1:0. Çempionumuzun qol sevinci çox çəkməyib. Bundan 6 dəqiqə sonra (7-ci dəq.) Rumıniya təmsilçisinin heyətində Adrian Şut bərabərlik qolu vurub - 1:1. Matçın 41-ci dəqiqəsində Emin Cəfərquliyevin qapı aqzina ötürməsi qonaq komandanın oyunçusu Jauskim Davaya deyərək (avtoqol) qapıdan keçib və "Qarabağ" yenidən hesabda irəli çıxıb - 2:1. Lakin 45+4 dəqiqədə qonaqlar yenə də bərabərlik yaradıblar - 2:2. Bu dəfə isə David Mikilesku fərqlənib.
Matçda son nöqtəni Adrian Şut (73-cu dəq.) qoyub. Onun matçda dubl etməsi qonaq komandaya qələbə qazandırıb - 2:3.
Bununla da "Qarabağ" Avropa Liqasında son turun nəticəsindən asılı olmayaq növbəti mərhələyə keçmək şansını itirib.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.