14 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Almaniyada ilk dəfə olaraq türk əsilli siyasətçi bir bölgənin rəhbəri oldu

Almaniyada ilk dəfə olaraq türk əsilli siyasətçi bir bölgənin rəhbəri oldu

Slovakiya prezidenti iyul ayında Azərbaycana səfər edəcək

Slovakiya prezidenti iyul ayında Azərbaycana səfər edəcək

Azərbaycan və Slovakiya parlamentləri arasında memorandum imzalanıb

Azərbaycan və Slovakiya parlamentləri arasında memorandum imzalanıb

О мерах по внедрению искусственного интеллекта в систему среднего образования Республики Казахстан

О мерах по внедрению искусственного интеллекта в систему среднего образования Республики Казахстан

Azərbaycan narkotik maddə ilə axtarışda olan şəxsi Hindistana ekstradisiya etdi

Azərbaycan narkotik maddə ilə axtarışda olan şəxsi Hindistana ekstradisiya etdi

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. Siyasət
1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
Siyasət REDAKTORUN SEÇİMİ

Bəybala Mirzəyev: Nikolun coğrafiya "müəllim"ləri...

1 il əvvəl 281 01

Bəybala Mirzəyev:

Nikolun coğrafiya "müəllim"ləri...

Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün Facebook hesabında Qərbi Azərbaycanla bağlı etdiyi paylaşımına baxdım və bir daha əmin oldum ki, bu adamın nə siyasi coğrafiyadan, nə də tarixi coğrafiyadan düz-əməlli anlayışı var.

Əslində, Nikol Vovayeviçin coğrafiyanın "ana"sını ağlatmağına əsla təəccüblənməməliyik. Çünki eşitdiyimə görə onun orta məktəbdə "Coğrafiya" fənnindən qiymətləri heç də yaxşı olmayıb.

Və ən maraqlısı da budur ki, bu gün Ermənistanın baş naziri Cənubi Qafqazın siyasi və tarixi coğrafiyasını Fransanın və İranın İrəvandakı fövqəladə və səlahiyyətli səfirləri Olivie Decottini və Mehdi Sobhanidən öyrənir.

Bəli, məhz bu iki türkəfob diplomat Ermənistan rəhbərliyinə Qərbi Azərbaycanın İranda olduğunu təlqin edirlər (Dekottininin Qərbi Azərbaycanla bağlı məlum paylaşımını yəqin ki, yaxşı xatırlayırsınız).

Paşinyan isə özünü axmaq, avam (əslində isə bic erməni) yerinə qoyaraq, guya Qərbi Azərbaycanın yalnız Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandan ibarət olduğunu və bunlardan kənarda Qərbi Azərbaycanın olmadığını, ola bilməyəcəyini iddia edir. Və uzaq başı Naxçıvanı da Qərbi Azərbaycan saya biləcəklərini minnətlə bildirir.

Sitat:

"1. Qərbi Azərbaycan Qazax, Tovuz, Ağstafa, Gədəbəy, Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilandır, bunlardan kənarda Qərbi Azərbaycan yoxdur və ola bilməz, əgər onlar doğrudan da başqa yerə baxmaq istəyirlərsə, Naxçıvanı da Qərbi Azərbaycan saya bilərik;

2. Qərbi Ermənistan Armavir, Talin və Maralikdir. Bunun xaricində Qərbi Ermənistan yoxdur və ola da bilməz;

3. Şərqi Ermənistan İcevan, Berd, Çəmbərək, Vardenis, Cermuk, Goris, Qafan, Nerkin Hand və Nrnadzordur. Bunun xaricində Şərqi Ermənistan yoxdur və ola da bilməz;

4. Azərbaycan Ermənistanın qaçqın hüquqları məsələsini "Qərbi Azərbaycan” çətiri altında müzakirə edilməsində israr edir. Qərbi Azərbaycan və buna bənzər şeylərlə aydındır ki, beynəlxalq hüququn subyekti olan Ermənistan Respublikasının ərazi bütövlüyünü şübhə altına almağa və Ermənistana qarşı ərazi iddiaları irəli sürməyə çalışırlar. Bu məsələni müzakirə etmək üçün Azərbaycan “Qərbi Azərbaycan” ritorikasından və bu kimi bəyanatlardan imtina etməlidir...".

(sitatın sonu)

Bu paylaşımın ümumi ruhundan və xüsusən də 4-cü bəndin məzmunundan görünən budur ki, Paşinyan bizim Qərbi Azərbaycana qayıdış tələbimizi qəsdən beynəlxalq ictimaiyyətə Azərbaycan Respublikasının Ermənistan Respublikasına ərazi iddiası kimi təqdim edir. Halbuki biz "Qərbi Azərbaycan" adı altında nəzərdə tutduğumuz tarixi torpaqlarımızın (indiki Ermənistan ərazilərinin) Azərbaycana birləşdirilməsini yox, 1988-ci ilin dekabrında həmin ərazilərdən qovulmuş Azərbaycan türklərinin (biz onları tarixi kontekstdən çıxış edərək Qərbi azərbaycanlı adlandırırıq) öz yurdlarına qayıdışına icazə verilməsini tələb edirik. Paşinyan isə burada ənənəvi hay həyasızlığına yol verərək Qərbi Azərbaycana qayıdış məsələsi ilə tarixi "Qərbi Azərbaycan" anlayışını qatıb qarışdırır və nəticə etibarilə beynəlxalq ictimaiyyətdə də çaşqınlıq yaradır.

Tarix və coğrafiya bilgisi zəif olan Paşinyanın nəzərinə çatdırırıq ki, hazırda İranın tərkibində olan Qərbi Azərbaycan bizim nəzərdə tutduğumuz Qərbi Azərbaycan deyil. Və onun öz paylaşımında sadaladığı mövcud Azərbaycan rayonları da bizim nəzərdə tutduğumuz Qərbi Azərbaycan deyil.

Biz Qərbi Azərbaycan deyərkən ən azı son 600 ildə (Qaraqoyunluların, Ağqoyunluların, Səfəvilərin, Əfşarların, Qacarların, çar Rusiyasının, Azərbaycan Xalq Cümhuriyyətinin və keçmiş SSRİ-nin dövründə) Azərbaycan türklərinin yaşadığı indiki Ermənistanın şəhər və bölgələrini nəzərdə tuturuq. Elə Ermənistanın birinci prezidenti olmuş irqçi-faşist Levon Ter-Petrosyan da məlum videoçıxışında son 600 illik arzularından danışarkən Ermənistanın 3 böyük rayonunda və Zəngəzur mahalında Azərbaycan türklərinin üstünlük təşkil etdiyini etiraf edir. Bunu anlaması üçün Paşinyanın akademik tarix təhsili almasına əsla ehtiyac yoxdur. Ancaq əfsuslar olsun ki, Paşinyan yenə də vicdansızlıq edərək "Qərbi Azərbaycan" məfhumu üzərindən söz oyunu ilə məşğul olur.

Bu da o deməkdir ki, biz Paşinyana tarix və coğrafiya dərsi yox, Dəmir Yumruq dərsi keçməliyik. Çünki bütün haylar kimi Paşinyan da yalnız bu dərsi yaxşı anlayır.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Faiq İsmayılov: Qərbi Azərbaycan əraziləri saxta xaç daşları qəbristanlığına çevrilir

Faiq İsmayılov: Qərbi Azərbaycan əraziləri saxta xaç daşları qəbristanlığına çevrilir

John Doe 1 həftə əvvəl

Qulu Məhərrəmli: Hakimiyyətə can atan Koçaryan Rusiya və Putinə güvənir

Qulu Məhərrəmli: Hakimiyyətə can atan Koçaryan Rusiya və Putinə güvənir

John Doe 2 həftə əvvəl

Laçında sənədli film çəkilişinə başlanılıb

Laçında sənədli film çəkilişinə başlanılıb

John Doe 2 həftə əvvəl

Asəf Quliyev: 44 günlük müharibənin dərsləri öyrənilməlidir

Asəf Quliyev: 44 günlük müharibənin dərsləri öyrənilməlidir

John Doe 3 həftə əvvəl

Gülağa Tənha: Sən Vətən oğlusan!

Gülağa Tənha: Sən Vətən oğlusan!

John Doe 1 ay əvvəl

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

John Doe 1 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

İlham Əliyev Bakı Olimpiya Stadionunun ə...

12 may 2026 16:51:54
• İlham Əliyevin Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü}

İlham Əliyevin Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə...

12 may 2026 13:23:34
• İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub}

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood A...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com