"Ordu" Gəncədə yerli komandaya qalıb gəlib
"Şəki " "Gəncə"ni haqlayıb
Kişi basketol klublarının mubarizə apardığı ABL-da (Azərbaycan Basketbol Liqası) dünən keçirilən daha iki oyunla (B qrupunda) 8-ci tura yekun vurulub. Turun son oyunlarından biri Gəncədə yerli "Gəncə" ilə "Ordu" arasında olub. Qarşılaşma qonaq komandanın qələbəsi ilə başa çatıb - 77:79 (15:17, 29:22, 9:26, 24:14). "Gəncə"nin bu turda uduzması onu qrupun vahid lideri statusundan məhrum edib. Əvəzində Sumqayıtda yerli "Sumqayıt" klubunu məqlub edən "Şəki" aktivindəki xalların sayını 14-ə çatdırmaqla şərikli liderə çevrilib. Yeri gəlmişkən, "Şəki" Sumqayıtda 66:89 (17:20, 19:20, 14:28, 16:21) hesabla qalib gəlib.
Turun digər oyunları belə nəticələnib:
A qrupunda: "Sabah" - "Abşeron" - 94:71, "Naxçıvan" - "Sərhədçi" - 65:86, "Neftçi"- NTD - 81:68.
B qrupunda: "Lənkəran" - "Quba" - 60:89.
Geridə qalan 8 turdan sonra qruplarda klubların vəziyyəti belədir:
A qrupunda: Sabah - 15 xal, Naxçıvan - 14, Abşeron - 12, Sərhədçi - 12, Neftçi - 10, NTD - 9.
B qrupunda: Gəncə, Şəki - hərəyə 14 xal, Ordu, Quba - hərəyə 11 xal, Lənkəran - 10, Sumqayıt - 9.
İNTİQAM Məmmədov


.jpg)
.jpg)
.jpg)









03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.