Faiq İsmayılov:
Ermənistan Azərbaycanı vandalizmdə günahlandırır
Rusiyanın Kavkazskiy Uzel saytının 5 dekabr 2024-cü il sayında Ermənistanın bir qrup İctimai təşkilatı BMT və YUNESKO-ya müraciət edərək Azərbaycan tərəfindən Qarabağda erməni mədəni irsinin dağıdılmasının dayandırılmasını və Qarabağa missiya göndərilməsini tələb ediblər. https://www.kavkaz-uzel.eu/articles/406322
Sayt xəbər verir ki, noyabrın 30-da müxtəlif ölkələrdə fəaliyyət göstərən 30-dan çox erməni ictimai-siyasi və dini təşkilatı İrəvanda bir araya gələrək, Qarabağdan olan “qaçqınların” öz vətənlərinə kollektiv şəkildə qayıtmaq hüququnu təmin etmək üçün platforma yaratmağa çağırıblar. Guya Qarabağdan çıxan 100 min 632 nəfər erməninin cəmi 20 min nəfəri iş tapa bilib, digərlərinin “vətəndaşlığı” olmadığına görə onlar Ermənistanda işlə təmin oluna bilmirlər.
Göstərilən statistikanın dezinformasiya olduğunu və reallığı əks etdirmədiyini sadə bir üsulla ayırd etmək olur. Beləki istər Ermənistanın, istərsədə Rusiyanın Dövlət Arxivinə baxsaq Qarabağ regionunda 1970-ci illərdə yaşayan erməni əhalinin sayı 25-30 mindən artıq olmayıb. Qarabağdan köçən digər 70/80 min əhali Ermənistan Hökumətinin 1988/2021 –ci illərdə Ermənistandan, Rusiyadan, Suriyadan gətirilib Qarabağ və Şərqi Zəngəzur regionlarında qeyri-qanuni məskunlaşdırdığı əhalidir. Yəni, Azərbaycan, Qarabağ regionundan çıxan əhalinin 70/80%-i üzərində heç bir məsuliyyət daşımır. O ki qaldı 25/30 min erməni əhalinin Qarabağda qalmalarına, Azərbaycan Hökuməti 2022/23-cü illərdə onların qalmaları üçün bütün şəraiti yaratdı təhlükəsizlik, sosial problemlərin həlli və s. Lakin onlar Azərbaycan vətəndaşlığından imtina edərək Qarabağı könüllü və birdəfəlik tərk etdilər. Eyni zamanda köçənlərlə ləyaqətlə davranıldı, heç birinin yükləri yoxlanmadı, nə apardıqlarına baxılmadı.
İndi Ermənistanın 62 ictimai təşkilatının BMT-nin baş katibi Antonio Quterreşə və YUNESKO-nun baş direktoru Odri Azuleyə müraciət ünvanlayaraq Qarabağ və Şərqi Zəngəzur regionlarında erməni mədəni irsinin qəsdən məhv edilməsinin qarşısının alınması üçün Qarabağa missiya göndərilməsini, eləcə də bu “qeyri-qanuni” hərəkətlərin (Azərbaycan tərəfinin) qarşısının alınması mexanizmlərinin yaradılmasını tələb etmələri növbəti erməni həyasızlığından başqa bir şey deyildir.
İlk öncə demək istərdim ki, Qarabağ və Şərqi Zəngəzur regionlarında (1995-2021-ci illərdə ermənilərin Azərbaycan ərazilərində tikdikləri qeyri-qanuni 15 müasir kilsədən başqa) bir ədədd də olsun ermənilərə aid mədəni irs nümunəsi yoxdur. Bu ərazilərdə olan 100-dən çox xristianlıq dövrünə aid olan mədəni-irs nümunəsinin isə nə erməni qriqoryan dininə, nə də erməni mədəniyyətinə heç bir aidiyyatı və bağlığı yoxdur. Ermənistan Azərbaycan ərazilərini işgal altında saxladıqları dövrdə, Qarabağda İslam dövrü abidələrinə etdikləri nifrət qədər də bu ərazilərdəki onlara aid olmayan xristianlıq dövrü abidələrinə nifrət edirdilər. Ermənilər Qarabağda onlara aid olmayan xristianlıq dövrü abidələrinin işğal dövrü, bir qisminin xarici görkəmini dəyişdirib erməni kilsəsi və ya monastrı adlandırır, bir qismini uçurdub dağıdır, bir qisminin içərisində isə mal-qara bəsləyirdilər. Adi bir misal:
bu abidə ermənilərin işğal dövrü Xocavənd rayonundakı Tuğ kəndi yaxınlığında erməni dilində Anapad(bakirə qız) adlandırdıqları xristian kilsəsidir. İşğal dövrü ermənilər kilsənin içərisində heyvan saxlayırdılar.
bu abidə isə Ağdam cümə məscidir. İslam dövrü abidəsi olan bu məscidin içərisində işğal dövrü ermənilər heyvan saxlayırdılar. Ermənilər özlərinin olmayan mədəni irs nümunələri ilə bütün dövrlərdə bu cür rəftar ediblər və edirlər istər xristianlara aid olsun istərsədə müsəlmanlara.
İndi sual olunur, ermənilər Beynəlxalq missiyaları Qarabağa gətirməklə nəyi göstərmək istəyirlər? Etnik təmizləməyə məruz qoyduqları 176 258 ailənin xaraba qalan evlərinimi? Xarici görkəmlərini dəyişdikləri 50 xristian dövrü monastr və ya kilsənimi? 300 xristianlığa qədər və xristianlıq dövrü bazilika, məbəd, sovmənin ermənilər tərəfindən dağıdılan xarabalıqlarınımı? Yoxsa islam dövrü 72 məscidin, 69 monumental heykəltəraşlıq nümunələrinin, 500 türbə və qəbrüstü abidələrin qalıqlarınımı? Nəyi göstərmək fikrindədirlər? Doğurdanda bu məndə çoxlu sual doğurur. İşğal dövrü bu və ya digər formada zərər vurduqları 749 arxeoloji abidələri? Yoxsa birinci Qarabağ Müharibəsi dövrü 23 muzey, 4 şəkil qalareyasınddan və əhalinin şəxsi mülkündən qarət edib Ermənistana daşıyıb apardıqları tarixi əhəmiyyətli 150 min eksponat və digər əşyalarımı?
Azərbaycan ərazilərində baş verən bütün bu vandal hadisələr Ermənistan tərəfindən törədilən hüquqa zidd əməli kimi qeyd olunmalıdır. Ermənistanın bu fəaliyyəti hərbi münaqişələr zamanı mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa konfransında qəbul edilmiş qərarlarla ziddiyyət təşkil edir. Odur ki, BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsini əldə əsas götürərək Ermənistana qarşı məhkəmə iddiası qaldırıla bilər.
Ermənilərin müraciətində anlaya bilmədiyim daha bir məsələ var. Ermənistanın 62 ictimai təşkilatı, Qarabağ və Şərqi Zəngəzur regionlarında hansı erməni irsindən söhbət açırlar? Ermənilərin adlarını çəkdikləri Azərbaycan ərazilərdəki tarix və mədəniyyət abidələrinin ermənilərə məxsusluğu barədə əllərində nə kimi təsdiq edilmiş sübutlar və ya dəlillər var? Bu sübut və dəlillər barədə müraciətdə söhbət açılmır. əgər söhbət aça bilmirlərsə, iddia etdikləri mədəni irs nümunələrinin ermənilərə məxsusluğu bəlli deyil. Əgər bəlli deyilsə demək ermənilər onlara məxsus olmayam mədəni irs nümunələrini mənimsəməyə çalışırlar. Bunun isə Beynəlxalq hüquqda adı CİNAYƏTDİR.
Ermənilər müraciətdə Azərbaycanın inzibati yaşayış məntəqələrinin adlarını dəyişilmiş formada erməni dilində vermələri hüquqi qaydada Azərbaycana qarşı ərazi iddiaları deməkdir. Bu toponim və yer adlarının Sovetlər dönəmində Ermənistanda istifadə etdikləri xəritələrdəki adlardan fərqli vermələri, Azərbaycanın toponim və yer adlarının Ermənistan tərəfindən zorakı şəkildə dəyişdirilməsinə edilən cəhd kimi qiymətləndirilməlidir.
Müraciət müəllifləri Azərbaycanı II Qarabağ müharibəsi dövrü “soyqrım törətməkdə” günahlandırırlar. Lakin ermənilər müharibədən keçən son 4 il ərzində “soyqrım”a məruz qalan insanların siyahılarını mətbuata təqdim edə bilməyiblər. Doğurdan da ermənilərin dedikləri kimi soyqrım törədilmişdisə, o zaman ermənilərin və Ermənistan Hökumətinin 4 il nə səbəbdən susduqlarının sənəbi anlaşılmamazlıq yaradır. Belə çıxır ki ermənilərin etdikləri müraciətdəki “soyqrım iddiası” Azərbaycana qarşı ermənilər tərəfindən irəli sürülən növbəti iftiradır.
Müraciətdə ermənilər Qarabağ İqtisadi rayonunun baş kəndi olan Xankəndi(Stepanakert) şəhərindəki ermənilərə məxsus bir neçə XIX əsr binaların dağıdılması ilə bağlı heç bir fakta əsaslanmayan yalan məlumat qeyd olunub. Lakin araşdırmalarsa dünyanın heç bir arxivində, 14 may 1805-ci ildə Qarabağ xanlığının Rusiya tərəfindən işğal edildiyi vaxta qədər, indiki Xankəndi şəhərində bir nəfər olsun belə erməni millətindən olan insan və ya insanların yaşamaları barədə məlumat əldə etmək mümkün deyil. Xankəndi XVIII əsrin axırlarından o dövrdə müstəqil Azərbaycan Dövlətlərindən biri olan Qarabağ xanlarının ailələri üçün istirahət mərkəzi kimi istifadə olunub. Bu barədə həm rus və həm də gürcü arxivlərində kifayət qədər tutarlı dəlillər əldə etmək mümkündür.
Yarandığı dövrdə Xankəndi şəhərindəki 15 əsas, 7 ətraf (yardımçı) məhəllə sayılan, Mərkəzşəhər, Seyid Məhəmməd, Mahallı, Məcidli, Saatlı, Yazarlarar və Tarzənlər, Ağa məhəlləsi, Xanbağı məhəlləsi, Böyükbazar, Tacirlər (Bazarı), Yuxarı məhəllə, Aşağı məhəllə, Dağ məhəllə, Baıqar məhəlləsi, Üçyol Qurdları məhəllələri və digər 7 məhəllə arasında, heç bir erməni adına və rast gəlinmir. Statistikaya nəzər yetirdikdə 1918-1920-ci illərdə Xankəndi şəhərində yaşayan 1375 ailədən (təqribən 8 minə yaxın əhali) bir nəfərinin belə erməni millətinə aid olmadığı açıq-aşkar görünür. O zaman sual olunur, Xankəndi şəhərində XIX əsrdə “erməni mədəni-irsi” necə yaranıb? Ermənistanın bu siyasəti “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasının bütün müddəaları ilə ziddiyyət təşkil edir.
Azərbaycanda müxtəlif dinlərin mövcudluğu Azərbaycan cəmiyyətinin sosial həyatına böyük müsbət təsir göstərir. Xristianlığın və İslamın mövcudluğu özünü Azərbaycanın bütün ərazilərində, eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgələrində memarlıq abidələrinin inşaasında və inkişafında özünü bariz şəkildə göstərir. Bu, Azərbaycanda yüz illər öncə formalaşan tolerantlıq və multikultural ənənələrinin əyani göstəricisidir. Bu baxımdan Azərbaycan ərazilərindəki xristian dövrü abidələrin ermənilər tərəfindən mənimsənilməsi və dağıdılaraq yararsız hala salınması və mənimsəməyə cəhd edilməsi, ciddi narahatlıq doğurur.
Ermənistanın Azərbaycanın işğaldan azad olunmuş ərazilərində dini abidələrin və digər memarlıq ansambllarının dağıdılması, Qafqaz Albaniyasının xristian dövrünə aid bazilliklərin və monastırların tikinti strukturunun mənimsənilməsi erməni vandalizminin ifşası üçün çox vacib dəlillərdir. Ermənistanın bu qanunsuz əməlləri beynəlxalq təşkilatlar tərəfindən araşdırılaraq hüquqi qiymət verilməli və işğaldan azad olunmuş Azərbaycan ərazilərdə ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm aktları Ermənistanın cinayət əməli kimi qiymətləndirilməlidir.
Cənubi Qafqazda Alban dövrü abidələrinə varisliyin yalnız azərbaycanlılara məxsusluğu barədə, rusiyanın görkəmli Qafqazşünas tarixçi alimi Yevgeni İvanoviç Krupnov yazırdı: “Albaniya tarixinin öyrənilməsi işində heç bir məhdudiyyət və məcburiyyət olmamışdır. Albaniya tarixini müxtəlif ölkələrin tarixçiləri öyrəniblər. Lakin bir şey məlumdur, Qafqaz Albaniyasının tarixi və taleyi ilə hamıdan çox azərbaycanlılar məşğul olmalıdırlar. Onlar bu sahədə dünya elmi qarşısında məsuliyyət daşıyırlar, dünya elminə borcludurlar”.
Faiq İsmayılov
Azərbaycanın İşğaldan Azad Edilmiş Ərazilərindəki
Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı
İctimai Birliyinin sədri.
AMEA A.A.Bakıxanov adına
Tarix və Etnologiya institunun əməkdaşı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.