Ümumdünya Dostluq Oyunları təxirə salındı
Moskvanın Olimpiya Oyunlarının analoqu kimi planlaşdırdığı Dünya Dostluq Oyunları qeyri-müəyyən müddətə təxirə salınıb.
Bu barədə Rusiya prezidenti Vladimir Putinin fərman imzalayıb.
Sənədə əsasən, əvvəlcə 2024-cü il sentyabrın 15-29-da Moskva və Yekaterinburqda keçirilməsi planlaşdırılan və daha sonra 2025-ci ilə təxirə salınan Dostluq Oyunları “xüsusi bildiriş”ə qədər təxirə salınıb. Qərar “idmançıların və idman təşkilatlarının beynəlxalq idman fəaliyyətlərinə sərbəst giriş hüquqlarının qorunması” ilə izah olunur və Putinin fərmanında daha konkret səbəblər barədə heç nə deyilmir.
Rusiya hakimiyyəti Ukraynadakı müharibə ilə əlaqədar rusiyalı idmançıların beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılmasına cavab olaraq Dostluq Oyunlarının Olimpiya illərində təşkil edilməsi qərarını açıqlayıb. Putinin müvafiq fərmanı 2023-cü ilin oktyabrında imzalanıb.
Beynəlxalq Olimpiya Komitəsi (BOK) təşəbbüsü tənqid edərək, bunun Moskvanın “idmanı siyasiləşdirmək” üçün “qeyri-qanuni cəhdi” olduğunu bildirib. BOK idmançıları Dostluq Oyunlarında iştirakdan imtina etməyə çağırıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.