09 dekabr 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı hesabatı üçün xarici ekspert hesabatlarını gözləyir

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı hesabatı üçün xarici ekspert hesabatlarını gözləyir

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar +FOTO=11

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar +FOTO=11

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib +FOTO=3

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib +FOTO=3

Ərdoğan İstanbulda Ukrayna danışıqlarının bərpasını istəyir

Ərdoğan İstanbulda Ukrayna danışıqlarının bərpasını istəyir

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı hesabatı üçün xarici ekspert hesabatlarını gözləyir

Qazaxıstan AZAL təyyarəsinin qəzası ilə bağlı hesabatı üçün xarici ekspert hesabatlarını gözləyir

Ruben Vardanyanın məhkəməsi sənədlərin oxunması ilə davam etdi

Ruben Vardanyanın məhkəməsi sənədlərin oxunması ilə davam etdi

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin atəşə tutulması ilə bağlı dəlillər araşdırılır

Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncənin atəşə tutulması ilə bağlı dəlillər araşdırılır

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Türkiyə şəhidləri ilə vidalaşdı

Türkiyə şəhidləri ilə vidalaşdı

Bu gün Füzuli Şəhəri Günüdür

Bu gün Füzuli Şəhəri Günüdür

“Azərbaycanlıların Həmrəylik Günü: Milli birlik simvolu” – Masallıda konfrans

“Azərbaycan Konstitusiyası: hüquqi dövlətçiliyin bünövrəsi” – Masallıda konfrans

“Azərbaycan Konstitusiyası: hüquqi dövlətçiliyin bünövrəsi” – Masallıda konfrans

Azərbaycan bayrağı və dövlətçilik tariximiz

Azərbaycan bayrağı və dövlətçilik tariximiz

Masallıda 8 Noyabr – Zəfər Günü qeyd edildi

Masallıda 8 Noyabr – Zəfər Günü qeyd edildi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. REDAKTORUN SEÇİMİ
REDAKTORUN SEÇİMİ

Bəybala Mirzəyev: Paşinyan və Makronun KTMT "oyun"ları, Putinin səbr və ümidləri...

1 il əvvəl 247 01

Bəybala Mirzəyev:

Paşinyan və Makronun KTMT "oyun"ları, Putinin səbr və ümidləri...

Putin son illərdə gerçəkdən səbrli olmağı öyrənib. O, artıq neçə ildir ki, Paşinyanın şıltaqlıqlarına, saymazlıqlarına, qıcıqlandırıcı çıxışlarına və Qərbyönümlü siyasətinə dözür.

Paşinyan da öz növbəsində o qədər də dərin siyasi təcrübəsi olmasa da, lakin Putinin "damar"ını yaxşı tapıb, Rusiya liderinin əsəbləri ilə oynamağa davam edir. Ermənistanın Astanada keçirilən KTMT tədbirlərində iştirakdan imtina etməsi də heç şübhəsiz ki, Putinin əsəblərinə təsirsiz ötüşməyəcək.

Bunu Vladimir Putinin KTMT-nin Astana tədbirləri çərçivəsində keçirilən mətbuat konfransındakı ovqatından və açıqlamalarından da görmək mümkündür.

Sözügedən konfransda, "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Qarabağda İrəvan uğrunda döyüşə bilməzdi, çünki Ermənistana qarşı heç bir xarici təcavüz olmamışdı",- bəyanatı ilə çıxış edən Rusiya lideri, eyni zamanda, Ermənistanın KTMT üzvü kimi yenidən tam fəaliyyət kursuna geri dönəcəyini güman etdiyini də bildirib.

“Ermənistanın KTMT-yə tamhüquqlu şəkildə qayıtması ehtimalı hələ də var. İrəvan təşkilatın bütün sənədlərini dəstəkləyir. Həmçinin KTMT-dən çıxdığını da elan etməyib”,– deyə Rusiya prezidenti vurğulayıb.

Beləliklə, Kreml rəhbəri hesab edir ki, Ermənistanın KTMT-na hazırkı neqativ münasibətini daxili siyasi problemlər və Qarabağ mövzusu diktə edir.

Bəs, Putinin bu yanaşması nə dərəcədə doğrudur?

Rusiya prezidentinin bu fikrində sözsüz ki, müəyyən qədər həqiqət payı vardır. Lakin daha dəqiq desək, Ermənistanın baş naziri Nikol Paşinyan "Qarabağ kartı"ndan sadəcə Rusiyadan uzaqlaşmaq üçün bəhanə kimi, istinad yeri kimi sui-istifadə edir. Axı Paşinyan anti-Rusiya kursunu və Qərbyönümlü siyasətə keçidi nəyləsə əsaslandırmalıdır. Bu kontekstdə Qarabağ bəhanəsi, necə deyərlər, onun dadına çatır, işinə yarayır.

Beləliklə, Paşinyan hələ aylar öncə (2024-cü ilin fevralında) Ermənistanın KTMT daxilində fəaliyyətini de-fakto dayandırdığını elan edib və bunun yaxın gələcəkdə de-yure ola biləcəyini də istisna etməyib.

Paşinyandan sonra, Ermənistanın digər rəsmi şəxsləri də dəfələrlə KTMT ilə bağlı tənqidi fikirlər səsləndiriblər.

Bunun nəticəsidir ki, Ermənistan artıq xeyli vaxtdır ki, sözügedən alyansın tədbir və hərbi təlimlərinə qatılmır. Və buna səbəb kimi də bir qayda olaraq həmişə məhz İkinci Qarabağ müharibəsi zamanı KTMT üzvlərinin İrəvanın yardım istəyinə cavab verməməsi göstərilir.

Ermənistan rəhbərliyi bu tezisi əlində bayraq kimi tutub və yeri gəldi-gəlmədi eyni tezisi hər dəfə tutuquşu kimi təkrarlayır.

Ancaq əsl həqiqətdə isə Ermənistan tərəfinin KTMT-dan uzaqlaşmaq kursunun Qarabağ mövzusu ilə heç bir əlaqəsi yoxdur. Bu mənada Ermənistan rəhbərliyi saxtakarlıq edir. Çünki Ermənistanın KTMT-dan çıxmaq cəhdləri onun Qərbə yaxınlaşmaq kursu ilə bağlıdır.

Daha doğrusu, Ermənistanın hazırkı anti-Rusiya siyasətinin və KTMT-nı tərk etmək planlarının arxasında ilk növbədə məhz Fransa dayanır. Ermənistanın KTMT-dan çıxması və NATO ilə, Aİ ilə əməkdaşlığı genişləndirməsi Fransanın maraqlarına uyğundur. Bu, Fransa üçün Cənubi Qafqazda mövqelərini gücləndirmək baxımından əlverişlidir. Azərbaycanla faktiki olaraq düşmən münasibəti yaradan və Gürcüstandan da əli üzülən Makron Fransası hazırda məhz Ermənistandan plasdarm kimi istifadə etməklə bölgəmizdə nüfuz sahibi olmağa çalışır.

Ermənistan rəhbərliyi də öz növbəsində, yaranmış situasiyadan istifadə edib ikili oyun oynayır, həm KTMT-nın sıralarında qalmağa davam edir, həm də Fransa və müttəfiqləri ilə hərbi-texniki inteqrasiyanı gün-gündən daha da dərinləşdirir.

Putin isə bütün bu prosesləri sadəcə seyrçi kimi kənardan müşahidə etməyə və İrəvanın nə vaxtsa yenidən Moskvaya doğru istiqamət götürəcəyi "X" gününü gözləməyə məcburdur. Çünki Rusiya liderinin hazırda Ermənistana qarşı sərt təzyiq rıçaqları və imkanları yoxdur. Ukraynaya qarşı uğursuz müharibə nəhəng Rusiyanı bir sıra ölkələrlə yanaşı, cırtdan Ermənistandan da asılı vəziyyətə salıb.

Rusiya məhz Ermənistan vasitəsilə Qərbin sanksiyalarından yayınaraq gizli xarici ticarət dövriyyəsini gün-gündən genişləndirir. Belə bir vəziyyətdə Rusiyanın Ermənistanın üzərinə gəlməsi və onu KTMT ilə şantaj etməsi əlbəttə ki, məntiqsiz olardı. Ona görə də fürsətcil Putin hələ ki Ermənistanın bütün ərkəsöyünlüklərinə səbrlə dözür və ehtiyatlı davranır. Başqa sözlə desək, əlverişli məqam gözləyir.

P.S.

Ukraynada savaş davam etdikcə və Makron hakimiyyətdə qaldıqca, Rusiya və Ermənistanın KTMT üzərindən "siçan-pişik" oyunu da hələ bir müddət davam edəcək. Yeri gəlmişkən, nə qədər paradoksal görünsə də, indiki halda bu vəziyyət hər iki tərəfə - həm Moskvaya, həm də İrəvana sərf edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Mədəniyyət və İncəsənət Universitetində “Bazarçay dərəsinin əsirləri” kitabının təqdimatı keçirildi +VİDEO

Mədəniyyət və İncəsənət Universitetində “Bazarçay dərəsinin əsirləri” kitabının təqdimatı keçirildi +VİDEO

John Doe 1 ay əvvəl

Faiq İsmayılov: Qərbi Azərbaycan: Gorus yaşayış məntəqəsi

Faiq İsmayılov: Qərbi Azərbaycan: Gorus yaşayış məntəqəsi

John Doe 5 ay əvvəl

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

John Doe 5 ay əvvəl

Xatirə Rəhimli: Qanun ŞAHdı, ŞAH, qanun deyil

Xatirə Rəhimli: Qanun ŞAHdı, ŞAH, qanun deyil

John Doe 5 ay əvvəl

Bəybala Mirzəyev: Rus-sovet heyranlığının sonu

Bəybala Mirzəyev: Rus-sovet heyranlığının sonu

John Doe 6 ay əvvəl

Faiq İsmayılov: Gorus Pasajı, Azərbaycan memarlığının unikal nümunələrindən biri idi

Faiq İsmayılov: Gorus Pasajı, Azərbaycan memarlığının unikal nümunələrindən biri idi

John Doe 6 ay əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar +FOTO=11

Azərbaycan və Slovakiya prezidentləri Br...

9 dekabr 2025 14:59:03
• İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib +FOTO=3}

İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib +FOTO=3

9 dekabr 2025 14:49:32
• Prezidentin köməkçisi: Vurulan AZAL təyyarəsi ilə bağlı Bakı Moskvadan cavablar alıb}

Prezidentin köməkçisi: Vurulan AZAL təyyarəsi ilə bağlı Bakı...

1 dekabr 2025 14:15:46
• Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilib}

Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin...

19 iyun 2025 21:37:14
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com