AÇ-da 22 şahmatçımızdan cəmi 4 qələbə
Rauf Məmmədov AÇ-da 9-cu yerdən 28-ci pilləyə düşüb
Montoneqronun Petrovatse şəhərində kişi və qadın şahmatçılar arasında keçirilən və Azərbaycan təmsilçilərinin də qatıldığı fərdi Avropa çempionatı artıq finişə yaxınlaşıb. Qeyd edək ki, mükafat fondu 100 min avro təşkil edən və İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan çempionatda 10 tur geridə qalıb. Hesabat turu çempionatda iştirak edən 22 təmsilcimizdən yalnız Məhəmməd Muradlı, Aydın Süleymanlı, Riyad Səmədov və Allahverdi Həmidov üçün uğurlu olub. Yeri gəlmişkən, bu tura qədər şahmatçılarımız arasında ən yaxşı mövqeyə malik olan Rauf Məmmədov (6,5 xal) hesabat turunda məğlubiyyətlə üzləşərək 9-cu pillədən 28-ci yerə yuvarlanıb. Turu qələbə ilə başa vuran Muradlı 7 xalla 18-ci, onunla eyni xal ehtiyatına malik olan Eltac Səfərli isə 23-cu olub. Hərəyə 6,5 xalı olan Aydın Süleymanlı və Vasif Durarbəyli isə müvafiq olaraq 48 və 51-ci olub.
Serbiyalı Aleksandr İnciçin 8,5 xalla vahid liderlik etdiyi Avropa çempionatına bu gün 11-ci turla yekun vurulacaq. Qalıb şahmatçıya 20 min avro mükafat veriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.