Suat İbrahimli Bakı çempionudur
O, çempionatı xal itkisi vermədən başa vurub
Noyabrın 2-də Respublika Şahmat Mərkəzində kişi və qadın şahmatçılar arasında start götürən Bakı çempionatına 8 noyab günü yekun vurulub. Kişilərin yarışında 40 zəka sahibi İsveçrə sistemi üzrə 9 turda mübarizə aparıb. Dairəvi sistem üzrə keçirilən qadınların analoji yarısında isə 6 şahmatçı iştirak edib. Kişilər arasında qalib adını Suat İbrahimli qazanıb. O, çempionatda xal itkisi vermədən 9 mümkün xalın hamısını toplamaqla maksimum nəticə göstərib. Suatin ən yaxın izləyisi olan Rəmzi Səfərli ondan 2 xal geri qalıb (7 xal). İlk üçlüyü 6,5 xalla Məhəmməd Bağırovun tamamladığı bu çempionatda 4-cu yeri isə aktivinə 6 xal yazdıran Kənan İmranli tutub. Qeyd edək ki, çempionatın reqlamentinə əsasən ilk 4 yerin sahibi Azərbaycan çempionatının birinci dəstəsində iştirak etmək hüququ qazanıb.
Qadınlar arasında isə yalnız birinci yeri tutan Rəna Ağamirzəyeva (3,5 xal) və ikinci yerin sahibi Şəms Fərzəliyeva (2,5 xal) Azərbaycan çempionatının birinci dəstəsinə vəsiqə qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.