Azərbaycanın güləş üzrə U-23 komandası dünya çempionatında 8 medal qazanıb
Jalə Əliyeva və Maqomed-Bəşirr Xaniyev dünya çempionu olub
Albaniyanın paytaxtı Tiranada 23 yaşlı güləşçilər arasında idman güləşinin hər üç növü üzrə keçirilən dünya çempionatı başa çatıb. Bu çempionatda iştirak edən Azərbaycan komandası çıxışını 8 (2-3-3) medalla başa vurub. Medallardan dördü (1-2-1) sərbəst güləşçilərin, biri (1-0-0) qızların, üçü (0-2-1) isə yunan-Romaçıların payına düşüb.
Sərbəst güləşçilərdən Maqomed-Bəşir Xaniyev (70 kq) bütün rəqiblərini üstələyərək qızıl, yalnız finalda büdrəyən Arseniy Cioyev (86 kq) və Ruslan Abdullayev (61 kq) gümüş, çıxışını üçüncü yerdə başa vuran Cəbrayıl Hacıyevsə (74 kq) bürünc medal qazanıb.
Qızlar arasında yeganə medalı qazanan Jalə Əliyeva (57 kq) olub. Qızıl medal qazanan Əliyeva həm də 23 yaşlı qızlar arasında dünya çempionu olan ilk azərbaycanlı kimi tarixə düşüb.
Yunan-Romaçıların yarısında isə yalnız həlledici finalda məğlub olan Rəşad Məmmədov (55 kq) gümüş, Xasay Həsənli (77 kq) və Nihad Quluzadə (60 kq) ibürünc medal qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.