Messi "Qızıl top"u qazanmalı olan oyunçunun adını açıqlayıb
"İnter Mayami"nin və Argentina millisinin hücumçusu Lionel Messi deyib ki, "İnter"in hücumçusu Lautaro Martinez "Qızıl top"u qazanmağa layiqdir.
“O, Amerika Kubokunun finalında qol vuraraq və ən yaxşı bombardirə çevrilərək təsirli bir il keçirdi. O, "Qızıl top"a hamıdan çox layiqdir", - Messi deyib.
Martinez və Messi Argentina millisində oynayırlar. 2024-cü ildə komanda finalda Kolumbiya millisini 1:0 hesabı ilə məğlub edərək Amerika Kubokunun qalibi olub. Bu qarşıdurmada yeganə qolu Martinez vurub.
“Qızıl top” Fransanın “France Football” jurnalı tərəfindən təqvim ilinin ən yaxşı futbolçusuna verilən illik futbol mükafatıdır. Ümumiyyətlə, bir futbolçu üçün ən prestijli fərdi mükafat hesab olunur. İlk Ballon d'Or 1956-cı ildə verilib. 2023-cü ildə mükafatı 2022-ci ilin dekabrında Argentina millisi ilə Dünya Kubokunu qazanan Messi alıb.
2003-cü ildən bəri ilk dəfə Messi və Səudiyyə Ərəbistanının "Əl-Nasr" klubunda çıxış edən portuqaliyalı Kriştiano Ronaldo mükafata namizədlər siyahısına daxil edilməyib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.