Ölkə çempionatının və kubokunun təqvimi bəlli olub
Dünən kişi və qadın voleybolçulardan ibarət klubların mübarizə aparacağı Azərbaycan çempionatının Yüksək Liqasının və eləcə də "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində keçirilməsi planlaşdırılan ölkə kuboku uğrunda turnirin püşkatma mərasimi keçirilib. Qeyd edək ki, hər iki yarışda 6 qadın və 6 kişi klubu mübarizə aparacaq. Azərbaycan çempionatinin keçiriləcəyi vaxt dəqiqləsməsə də oyunların təqvimi bəlli olub. Klublar dairəvi sistem üzrə iki dövrədə mubarizə aparacaq. Dövrələr bitdikdən sonra, yekunda ən yaxşı 4 klub mübarizəni pley-offda davam etdirəcək.
Hələki, keçirilmə vaxtı dəqiqləşməyən çempionatın ilk turunda aşağıdakı cütlər qarşılaşacaqlar.
Qadınlar: "Gəncə"-"Abşeron", "Milli Aviasiya Akademiyası"-"Azerrail", "Murov Az Terminal"-"UNEC";
Kişilər: "Murov Az Terminal"-"MOİK", "Neftçi"-"Azərrail', "Gənclər "-"Xilasedici".
Ölkə kubokunda isə həm kişilər, həm də qadınlar iki qrupda çıxış edəcəklər:
Qadınlar: A qrupunda: "Gəncə ", "UNEC" "Azərrail'";
B qrupunda: "Abşeron ", "Milli Aviasiya Akademiyası" və "Murov Az Terminal":
Kişilər: A qrupunda: "Gənclər", "Azərrail'" və "Neftçi";
B qrupunda: "Xilasedici", "MOİK", və "Murov Az Terminal".
Qaydalara görə qruplarda ilk iki yeri tutan klublar mübarizəni pley-offdan davam etdirəcəklər. A1-B2 və A2-B1.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.