Gülnar Məmmədova və Eltac Səfərli Azərbaycan çempionudur
Kişi və qadınlar arasında şahmatın rapid və blits növündə keçirilən və mükafat fondu 8000 manat təşkil edən Azərbaycan çempionatına yekun vurulub. Qeyd edək ki, dünya çempionatına seçmə xarakteri daşıyan bu çempionatda qadınlar arasında qalıb adını 12,5 xalla Gülnar Məmmədova qazanıb. Həmin yarışda Zeynəb Məmmədyarova ikinci, Xanım Balacayeva isə üçüncü yeri tutub.
Kişilərin analoji yarısı isə Eltac Səfərlinin (14 xal) qələbəsi ilə bitib. Vüqar Rəsulovla Məhəmməd Muradlı isə iki və üçüncü yeri bölüşüb.
Reqlamentə görə, həm kişilərin, həm də qadınların yarışında ilk üç yeri tutan şahmatçılar Nyu-Yorkda (ABŞ) keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.