Kənan Nəsibov mundialda 2-ci, Əjdər Bağırovsa 3-cü olub
Tacikistanın paytaxtı Düşənbədə gənclər arasında keçirilən cüdo üzrə dünya çempionatında fərdi yarışlara yekun vurulub. Fərdi yarışların son günü (4-cu) də Azərbaycan komandası üçün uğurlu olub. Belə ki, son gündə mübarizəyə qatılan hər iki təmsilçimiz inamla güləşərək mükafatçıar sırasında yer alıb. +100 kq-da çıxış edən Kənan Nəsibov yalnız həlledici finalda büdrəyərək dünya ikincisi olub və gümüş medalla kifayətlənib. O, finalda İJF bayraqı altında çıxış edən rusiyalı Denis Batsayevlə bacarmayıb. 100 kq-da güləşən Əjdər Baqirovsa üçüncü yer uğrunda görüşdə iranlı rəqibi Əli Rezani məğlub edərək dünya çempionatının bürünc medalını əldə edib. Bununla da Azərbaycan yığması gənclərin dünya çempionatında fərdi yarışları 3 (0-1-2) medalla başa vurub.
Xatırladaq ki, bu cütlükdən bir gün öncə isə Süleyman Şükürov (81 kq) bürünc medal qazanıb.
Oktyabrın 6-da mundialda qarışıq komanda yarışı keçiriləcək və bununla da dünya çempionatı başa çatacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.