"Vüqar Həşimov" şahmat klubu AK-da iştirak edəcək
20-26 oktyabr günlərində Serbiyada şahmat üzrə klublararası Avropa çempionatı keçiriləcək. Həmin çempionatda Azərbaycanı kişilərdən ibarət "Vüqar Həşimov" klubu təmsil edəcək. Artıq klubun heyəti də müəyyənləşib. Reytinq göstərişinə görə 10-cu olan "VH" klubunun heyətində Rauf Məmmədov, Aydın Süleymanlı, Vüqar Əsədli, Əhməd Əhmədzadə, Vüqar Manafov, Ülvi Sadıxov və Riad Səmədov cəmləşib.
Bu arada məlum olub ki, Azərbaycan şahmatçının liderləri - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Nicat Abbasov isə sözügedən turnirdə Türkiyənin "Bayeqan Pendik" klubunun şərəfini qoruyacaq.
Yeri gəlmişkən, bu gün Şuşada Vüqar Həşimovun xatirəsinə həsr olunan və sayca onuncu olan şahmat Memorialına 8 şahmatçının iştirakı ilə start verilib. İştirakçılar 26-28 sentyabrda özlərini şahmatın rapid, 29-30 sentyabrda isə bilitsdə sınayacaqlar. Start günü 3 tur oynanılıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.