Firuz Mustafa:
Mən yəqin ki, bu dünyanın sonuncu romantiklərindənəm...
Bu qeydlərin altındakı tarixə baxıram... Aradan neçə il keçib?
Sizcə dəyişiklik varmı?
İnsanın mənfi cəhətləri ola bilər. Bu cəhətlərdən bəziləri insanla bir doğulur, yəni temperamentlə bağlı olur. Temperament isə heç vaxt dəyişmir. Biz bəzən buna emosiya da deyirik.
Amma elə cəhətlər var ki, bunu insan həyatda özü "qazanır". Məsələn, ikiüzlülük, yalançılıq, yaltaqlıq, həyasızlıq və s.
Bunlardan ən "ləzzətlisi" yaltaqlıqdır. Kökündə "yal" olan bu sözün (daha doğrusu, hərəkətin) həyatda praktik "daşıyıcıları" çoxdur. Mən hər gün onların, bu yekə-yekə zadların sifətini ekrandan görür, səsini efirdən eşidirəm.
Bəs siz necə, belələrini elələrindən seçə bilirsizmi?
07.11. 1991
**
Mən yəqin ki, bu dünyanın sonuncu romantiklərindənəm...
Çün hələ də ümidim var ki, hamı yaxşı şeylər haqqında düşünəcək, yaxşı əməl sahibi olacaq... Və dünyamız get-gedə durulacaq, gözəlləşəcək.
Amma, ancaq, lakin, leyk və fəqət...
11.12.91
P.s.
Foto da elə o vaxtlardan qalıb və "Azərbaycan gəncləri" qəzetində retuş olunub... Yəqin ki, bilirsiz "retuş" nə deməkdir. Hə, soruşa da bilərsiz..)
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.