Qadın şahmat yığmamız turu qələbəylə bitirib, kisi millimizsə...
Macarıstanın paytaxtı Budapeştdə kişi və qadın şahmat komandaları arasında keçirilən və Azərbaycan yığmalarının da iştirak etdiyi Ümumdünya Şahmat Olimpiadası artıq finişə yaxınlaşıb. Qeyd edək ki, 197 kişi və 184 qadın komandasının mübarizə apardığı və İsveçrə sistemi üzrə keçirilməklə 11 turdan ibarət olan Olimpiadada dünən 9-cu turun partiyaları olub.
Heyətində Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayevanın cəmləsdiyi qadın millimiz 9-cu turda İsveçrə komandasını məğlub edib - 4:0.
Heyəti Aydın Süleymanlı, Rauf Məmmədov, Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlıdan ibarət olan kişi komandamız Yunanıstan millisi ilə sülh bağlayıb - 2:2. Məmmədovun qalıb gəlib, Məmmədyarovla Muradlınin rəqibi ilə sülh bağladığı bu oyunda Süleymanlı məğlub olub.
Bu gün Olimpiadada 10-cu turun oyunları keçiriləcək. Qadın millimiz Monqolustanla, kişi komandamız isə Kubuyla üzləşəcək.
Geridə qalan 9 turdan sonra qadınlarımız 13 xalla yaric cədvəlində 12-ci, aktivində 12 xalı olan kişilərimiz isə 21-ci yerdədir.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.