"Sabah"ın FİBA Çempionlar Liqasındakı debütü uğursuz olub
Bu gün kişi basketbol klubları arasında FİBA Çempionlar Liqasının təsnifat mərhələsinə start verilib. Türkiyənin Antalya şəhərində keçirilən bu mərhələdə Azərbaycan çempionu "Sabah"da iştirak edib. Təəssüflər olsun ki, litvalı mütəxəssis Rimas Kurtinaytesin çalışdırdığı "Sabah"ın Çempionlar Liqasındakı debütü uğursuz olub. Belə ki, İsveçin "Norrçepinq Dolfins" klubu ilə qarşılaşan Azərbaycanm çempionu 4 xal fərqiylə uduzub və sözügedən turnirlə erkən vidalaşıb - 71:75 (18615, 19:18, 11:23, 23:19). Hesabdan göründüyü kimi, çempionumuz ilk iki hissəni və bir də dördüncü hissəni üstün durumda keçirib. Lakin üçüncü hissədəki geriləmə "Sabah"ın məğlubiyyətinə səbəb olub.
Beləliklə, Çempionlar Liqasında mübarizəni dayandıran Azərbaycan çempionu Avrokubok yarışlarında mübarizəni məhz Avropa Kubokunda davam etdirəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.