Oskar Piastri Bakı Qran-Prisinin qalibidir
O, cari mövsümdə ikinci qələbəsini qazanıb
Formula-1 üzrə dünya çempionatının sayca 17-ci olan və Bakıda keçiriləb Qran-Prisinə sentyabrın 15-də final yürüşü ilə yekun vurulub. Yürüşün qalibi adını isə "Maklaren" komandasının pilotu Oskar Piastri qazanıb. Yeri gəlmişkən, bu onun cari mövsümdə ikinci qələbəsi olub. Bakı trassında ikinci yeri "Ferrari"nin sürücüsü Şarl Lekler tutub. İlk üçlüyü isə Corc Rassel ("Mersedes") tamamlayıb. Pilotların yarış cədvəlinə liderlik edən və cari mövsümdə 7 dəfə Qran-Prinin qalibi olan Maks Ferstappen ("Red Bull") finişə 5-ci çatıb. Maraqlı və diqqətçəkən məqamlardan biri startdan 15-ci çıxan Lando Norrisin ("Maklaren") finişə 4-cü yerdə çatması olub.
Cari mövsümdə bir dəfə mərhələ qalibi olan Karlos Sayns ("Ferrari") və "Red Bull"un ispaniyalı pilotu Serxio Peres qəza üzündən finişə sonuncu catıblar. Bir məqamı da qeyd edək ki, Oskarın bu qələbəsindən sonra "Maklaren" aktivindəki xalların sayını 475-ə çatdırmaqla "Red Bull"u (457 xal) qabaqlamaqla yarış cədvəlində liderliyi ələ alıb.
Pilotların yarış cədvəlinə isə yenə də Maks Ferstappen (313 xal) başçılıq edir. Aktivindəki xalların sayını 252-yə çatdıran Lando Norris ikinci pillədə qalıb. İlk üçlüyü isə Şarl Lekler ("Ferari", 235 xal) tamamlayır. Bakı Qran-Prisinin qalibi Oskar Piastiri isə 222 xalla 4-cü pillədədir.
Növbəti Qran-Pri 20-22 sentyabr günlərində Sinqapurda olacaq.
İNTİQAM Məımmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.