PÇL-da 8-ci tura yekun vurulub
10-11 sentyabr günlərində Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Novxanı Atçılıq Mərkəzində Peşəkar Çövkən Liqasında 8-ci turun oyunları keçirilib. Tura sentyabrın 10-da "Embovud" - "Ağstafa Dilbaz" görüşü ilə start verilib. Qarşılaşma birincinin 0:5 hesablı qələbəsi ilə başa çatıb. Tur "Köhlən" - "Zəfər" matçı ilə davam edib. Həmin oyunda isə qələbəyə sevinən ikinci olub - 1:8. Bu həm də turun ən çox qol vurulan oyunu kimi yadda qalıb. Günə "Qarabağ" - "Sərhədçi" oyunu ilə yekun vurulub. Qarşılaşma "Sərhədçi"nin böyük hesablı qələbəsi ilə başa çatıb - 0:5.
Turun daha iki oyunu sentyabrın 11-də baş tutub. Əvvəlcə "Polad" klubu "Şirvan" üzərində darmadağın hesabla qələbə qazanıb - 7:1. Turun son matçında isə "Elit" klubu "Omar"ı üstələyib - 4:1.
Qeyd edək ki, 10 klubun iştirakı ilə keçirilən PÇL-da sayca 9-cu olan növbəti turun oyunları 17-18 sentyabr günlərində keçiriləcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.