İlham Zəkiyev beşqat Paralimpiya mükafatçısı olub
Fransanın paytaxtı Parisdə keçirilən 17-ci Yay Paralimpiya Oyunlarının 10-cu günü daha 3 təmsilçimiz mübarizəyə qatılıb. Söhbət paracüdoçular - İlham Zəkiyev (+90 kq, J1), Dursədəf Kərimova (+70 kq, J2) və Xatirə İsmiyevadan (+70 kq, J1) gedir. Hər üç paracudocumuz mübarizəyə 1/4 finaldan qatılıb. Triomuzdan yalnız ikiqat Paralimpiya çempionu və 4 qat Paralimpiya mükafatçısı olan Zəkiyev start görüşündə fransalı rəqibinə məğlub olub. Daha sonra Zəkiyev təsəlliverici və üçüncü yer uğrunda görüşləri udaraq, bürünc medal qazanıb. Bu onun Paralimpiya Oyunlarında 5-ci (2-0-3) medalıdir.
Zərif cinsdən olan paracüdoçularimiza gəlincə, Tokio-2020-nin qalibi Kərimova və eləcə də İsmiyeva əvvəlcə 1/4 finalda, sonra isə bürünc uğrunda görüşdə uduzaraq Paris-2024-lə əliboş vidalaşıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.