İki təmsilçimiz dünya çempionatının yarımfinalında
Ammanedə (İordaniya) 17 yaşlı yeniyetmələr arasında keçirilən və Azərbaycan idmançılarının da qatıldığı idman güləşi üzrə dünya birinciliyi davam edir. Çempionatın bu günə təsadüf edən 4-cü günü zərif cinsdən olan daha 4 təmsilçimiz - Nəzrin Əhmədli (40 kq), Fatima Bayramova (53 kq), Günay Qurbanova (61 kq) və Zəhra Kərimzadə (69 kq) döşək üzərinə cıxaraq mübarizəyə qatılıb. Onlardan isə ikisi - Əhmədli və Qurbanova daha innamla güləşərək, mundialın yarımfinalına yüksəlib.
Dünən mübarizəyə qatılan digər təmsilçimiz - Esra Məmmədli (49 kq) bu gün axşam saatlarında bürünc medal uğrunda son həlledici görüüşünə çıxacaq.
Xatırladaq ki, qızlardan öncə yunan-Romaçılar mübarizə aparıblar. Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 komandası qazandığı 3 (2-0-1) medal və 105 xalla komanda hesabında İran (140 xal) və Özbəkistandan (113 xal) sonra dünyanın üçüncüsü olub.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.