Rimas Kurtinaytes "Sabah"ı Latviyaya aparıb
Basketbol üzrə Azərbaycan çempionu adını daşıyan "Sabah" klubu debüt edəcəyi Avropa Çempionlar Liqasına hazırlıq prosesini davam etdirir. Klubun litvalı baş məşqçisi Rimas Kurtinaytes rəhbərlik etdiyi klubun təlim-məşq toplanışını (TMT) öz vətəni Litvada davam etdirmək qərarı verib. İki gün öncə Litvaya yollanan "Sabah" 20 günlük TMT ərəfəsində bir neçə yoxlama görüşü keçirməyi də planlaşdırıb.
Qeyd edək ki, Çempionlar liqasının təsnifat mərhələsinə 24 klubun iştirakı ilə sentyabrın 17-də Antalyada (Türkiyə) start veriləcək. "Sabah" ilk matçda həmin gün "Norrcepinq Dolfins" (İsveç) klubu ilə qarşılaşacaq. Bu oyunun qalibi sentyabrın 19-da İsveçrənin "Friburq Olimpik" klubu ilə qarşılaşacaq. Sentyabrın 21-də isə təsnifat mərhələsinə yekun vurulacaq. Mərhələnin qalibi olan klub Çempionlar Liqasının əsas mərhələsinin ( müntəzəm çempionat) G qrupunda İspaniya, İtaliya və Almaniya təmsilçisi ilə mübarizə aparacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.