Fərid Cəlilov: "Uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”
Avropa çempionatının (Avro-2026) təsnifat mərhələsində çıxış etməyə hazırlaşan kişi voleybolçulardan ibarət yığmamızın baş məşqçisi Fərid Cəlalovun qarşıdakı oyunlarla və eləcə də bu oyunlara hazırlıqla bağlı AVF-nın rəsmi saytına maraqlı açıqlama verib. Baş məşqçinin fikirlərini olduğu kimi təqdim edirik:
“Avropa çempionatının təsnifat mərhələsinə hazırlığımızı yekunlaşdırmışıq. Artıq ilk oyunumuz üçün Avstriyaya gəlmişik. Sabah Avstriya millisi ilə, bir həftə sonra isə Bakıda Belçika yığması ilə qarşılaşacağıq.
İyuldan start götürən hazırlıq prosesi uğurla keçdi. Bakıda və Tbilisidə təlim-məşq toplanışları oldu. Gürcüstanda bu ölkənin yığma komandası ilə 3 yoxlama oyunumuz oldu. Bu oyunlarda bütün voleybolçuları oynatmağa çalışdım. Çünki hər bir idmançı üçün məşq nə qədər vacibdirsə, yarış və yoxlama oyunları da bir o qədər önəmlidir. Komandamızın ilk və son yoxlama matçlarındakı oyunları arasında böyük müsbət fərq hiss olunurdu. İnanıram ki, bu yaxşılığa doğru olan dəyişiklik bizim əsas oyunlarımızda da hiss olunacaq.
Əsas məqsədimiz gəncləşən komandamızın oyun təcrübəsini və gənc voleybolçularımızda özlərinə inamı artırmaqdır. Hər iki oyunda daha yaxşı oynayıb uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.