Həsrət Cəfərov güləşçilərin aktivinə ilk medalı yazdıra biləcəkmi?
Parisdə (Fransa) keçirilən Olimpiada-2024-də güləş yarışları davam edir. Bu gün yunan-Romaçıların yarışına yekun vurulacaq. Klassiklərin son yarış günü təmsilçimiz Həsrət Cəfərov (67 kq) bürünc medal uğrunda həlledici görüşünə çıxacaq. O, bürünc medal qazanmaq üçün Qırğızıstan təmsilçisi Amantur İsmayılovu məğlub etməlidir. Cəfərov bunu bacaracağı təqdirdə güləş üzrə yığmaların aktivinə ilk medal yazdırmış olacaq. Üks təqdirdə yunan-Roma güləşi üzrə yığmamız da qadın yığmamız kimi Olimpiada-2024-lə medalsız vidalaşacaq.
Yeri gəlmişkən, bu gün sərbəst güləşçilərin yarışına da start verilib. Sərbəst güləşçilərimizdən ilk olaraq, Əlabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedov (86 kq) döşək üzərinə çıxıb. Hər iki güləşçimizin Olimpiya Oyunlarındakı debütü uğursuz alınıb. Rzazadə elə start görüşündəcə özbəkistanlı rəqibi Qulomjan Abdullayevə (4:11) böyük xal fərqi ilə məğlub olub.
İlk görüşündə monqol güləşci Byambasuren Bat-Erdeni üstəöləyən (11:20 Nurmaqomedov isə 1\4 finalda Can-Marino təmsilçisi Maylsu Nazim Aminlə bacarmayıb - 14:16.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.