Olimpiada-2024-də güləşçilərin yarışı başlayıb
Yığmamızın üzvü Sabah Şəriəti yarımfinalda
Paris Olimpiadasında nəhayət ki, hamının səbirsizliklə gözlədiyi güləş yarışına start verilib. Yunan-Romaçıların çıxşı ilə başlanan yarışın ilk günü iki təmsilçimiz mübarizəyə qatılıb. Sıhbət Murad Məmmədov (60 kq) və Sabah Şəriəti (130 kq) cütlüyündən gedir. Bu cütlükdən Məmmədov venesuelalı rəqibi Rayber Rodriqeslə ilk görüşdəcə gözlənilmədən uduzaraq Olimpiada-2024-lə erkən vidalaşıb.
Ondan fərqli olaraq, ağır çəkilimiz Şəriəti mübarizəni davam etdirir. Startda estoniyalı Heyki Nabini (1:1), ardından 1\4 finalda qazaxıstanlı Alimxan Sızdıkovu (4:0) məğlub edən Şəriəti yarımfinala yüksəlib. Güləşçimiz bu mərhələdə daha güclü rəqiblə - 4 qat Olimpiya çempionu adını daşıyan Mixain Lopeslə (Kuba) qarşılaşacaq. Yeri gəlmişkən, Paris-2024 Şəriətinin karyerasında iştirak etdiyi ikinci Olimpiya Oyunlarıdır. O, Rio-2026-da üçüncü yeri tutmaqla bürünc medal qazanıb.
Yeri gəlmişkən, sabah isə, biri qadın olmaqla, daha iki güləşçimiz döşək üzərinə çıxacaq. Qeyd edək ki, Olimpiada-2024-ə yeganə lisenziya qazanan qadın yığmamızın lideri Mariya Stadnik (50 kq) sabah ilk görüşünü almaniyalı Anastasiya Blavyasa qarşı keçirəcək. 70 kq çəkidə güləşən Sənan Süleymanovsa ilk olaraq, bolqarıstanlı Aik Mnatsakanyanla qarşılaşacaq. Sabahkı görüşlər saat 13:00-da start götürəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.