Dünyanın 2 nömrəli raketka ustası Novak Cokovic 3 nomrəli Karlos Alkarasa qarşı
Parisdə (Fransa) keçirilən Yay Olimpiya Oyunlarında (Olimpiada-2024) kişilərin tennis üzrə fərdi yarışlar artıq başa çatmaq üzrədir. Dünən turnirdə yarımfinal oyunları keçirilib və finalçılar müəyyənləşib. Avqustun 4-də saat 15:30-da Parisdəki "Rolan Qarros" tennis kompleksinin "Flippa Şatris" kortunda baş tutacaq finalda dünyanın 2 nömrəli raketka ustası olan serbiyalı Novak Cokoviclə dünya reytinqində üçüncü yeri tutan ispaniyalı Karlos Alkaras qarşılaşacaq. Karyerasında ilk dəfə Olimpiya oyunlarına qatılan və Olimpiadaların ən gənc finalçısı kimi tarixə düşən 21 yaşlı Alkarasdan fərqli olaraq Cokoviç üç dəfə Oyunların iştirakçısı (Pekin-2008, London-2012 və Tokio-2020) olub və bir dəfə də bürünc medal qazanıb (Olimpiada-2008-də).
Yeri gəlmişkən, Cokoviz dizindən cərrahiyyə əməliyyatı aparılandan sonra həm Uimbldonun, həm də Olimpiadanın finalına yüksələn yeganə tennisçi kimi tarixə düşüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.