Lotar Matteus ispanlarla qarşılaşmada fransızları favorit sayır
Almaniya millisinin sabiq müdafiəçisi Lotar Matteus Almaniyada futbol üzrə keçirilən Avro-2024-ün bu gün yarımfinal mərhələsi çərçivəsində baş tutacaq İspaniya - Fransa matçına münasibət bildirib. İspaniyada nəşr olunan "Mundo Deportivo"nun yaydığı məlumata görə, Matteus Fransa millisini sözügedən qarşılaşmanın favoriti kimi dəyərləndirib.
"İspaniya millisində əlbəttə ki, yaxşı oyunçular çoxdu. Ancaq unutmaq lazım deyil ki, onlar daha güclü olan Fransa millisinə qarşı oynayacaqlar. Düzdü, Fransanın hücumu hələki özünü göstərməyib. Amma düşünürəm ki, finala çıxmaq istəyi bu dəfə özünü göstərəcək. Hesab edirəm ki, matç Fransanın 2:1 hesablı qələbəsi ilə bitəcək" - Lotar Matteus belə deyib.
Yeri gəlmişkən, Didye Deşamın komandası 1\2 finala çıxışda Portuqaliyanı penaltilər seriyasında məğlub edib - 5:3. İspaniya isə Almaniya ilə qarşılaşmada əlavə vaxtda qalib gəlib - 2:1.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.