Bu gün Avro-2024-ün yarımfinalında İspaniya və Fransa qarşılaşacaq
Almaniyada futbo üzrə keçirilən Avropa çempionatında (Avro-2024) bu gün ilk yarımfinal oyunu keçiriləcək. Bakı vaxtı ilə saat 22:00-da Münhendəki "Allianz Arena"da İspaniya millisi (qırmızı fyuri) və Fransa (xoruzlar) yığması qarşlaşacaq. Bu onların son 10 ildə 4-cü qarşılaşmaları olacaq. Əvvəlki 3 qarşılaşmada 2 dəfə xoruzlar, 1 dəfə isə "qırmızı fyuri" qalib gəldiyi üçün ümumi balans 2:1 fransızların xeyrinədir. Komandaların son görüşü 2021-ci ilin 10 oktyabr tarixində Millətlər Liqasında olub və onda da Fransa milisi qalib gəlib - 2:1.
Komandaların Avro-2024-də 1\2 finala qədər getdikləri yola nəzər salmaq da maraqlıdır.
İspaniya millisi qrupda bütün oyunlarını qələbə ilə başa vurub.
İspaniya - Xorvatiya - 3:0;
İspaniya - İtaliya - 1:0;
İspaniya - Albaniya - 1:0.
1\8 final: İspaniya - Gürcüstan - 4:1
1\4 finan: İspaniya - Almaniya - 2:1.
Fransa komandasına gəlincə, vəziyt belədir:
Qrupda:
Fransa - Avstriya - 1:0;
Fransa - Hollandiya - 0:0;
Fransa - Polşa - 1:1.
1\8 fina: Fransa - Belçika - 1:0;
1\4 final; Fransa - Portuqaliya - 0:0 (penaltilər 5:3).
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.