Güləşçilərimiz Dağıstan turnirindən 5 medalla dönüblər
Dağıstanın Kaspiysk şəhərində Azərbaycan təmsilçiləri də daxil olmaqla sərbəst güləş üzrə Əli Əliyevin ənənəvi xatirə turniri keçirilib. Sayca 54-cü dəfə təşkil olunan yarışda Azərbaycanla yanaşı, Rusiya, Bəhreyin, Belarus, Macarıstan, Dominikan, Qazaxıstan, Qırğızıstan, Serbiya, Tunis, Özbəkistan və İsveçrədən olan güləşçilər mübarizə aparıblar.
Qeyd edək ki, böyük məşqçi Cəbrayıl Həsənovla məşqçi Şərif Şərifovun rəhbərliyi altında bu ənənəvi turnirə qatılan millimizin üzvləri 2 qızıl və 3 bürünc medal qazanıb.
Əli Rəhimzadə (65 kq) və Aslan Abakarov (97 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kənan Heybətov, Murad Yevloyev (hər ikisi 70 kq) və Şamil Zubairov (92 kq) isə üçüncü yerdə bitirməklə bürünc medala layiq görüülüb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.