İlkay Gündoğan: "Bu çətin oyunda biraz bəxtimiz gətirdi"
Almaniyada keçirilən futbol üzrə UEFA Avropa çempionatınin 1/8 final mərhələsində baş tutan və 2:0 hesabla bitən Almaniya - Danimarka matçından sonra birincinin türk əsilli kapitani İlkay oyun sonrası maraqlı açıqlama verib: "Bu həqiqətən də müəyyən məqamları və qəribəlikləri ilə yadda qalacaq bir oyun oldu. Yaxşı ki, bu çətin və gərgin mübarizə şəraitində keçən oyunda biraz bəxtimiz gətirdi. Danimarka millisi yaxşı və səliqəli müdafiə olunsa da biz qələbəni haqq etdik. Oyun zamanı stadionda əla atmosfer var idi. Dövlət himnimiz səslənəndə azarkeşlərin bizi dəstəkləməyə tam hazır olduqlarını bildim. Dortmunda dönüş bizə həmişə xoş olub. İndi isə səbirsizliklə Ştutqartda keçirəcəyimiz oyunu gözləyirik" - İlkay Gündoğanın UEFA-nın rəsmi saytında belə deyib.
Yeri gəlmişkən, Almaniya millisi 1/4 finalda İspaniya - Gürcüstan qarşılaşmasının qalibi ilə oynayacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.